Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Atam mənə açıq paltar alanda, anam dəli olmuşdu" - Röya

"Çox adam evdə çəkiliş istəyir, amma razılaşmıram. Bu dəfə istədim bir xatirə qalsın"...

 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Gəl, qonaq ol" proqramında deyib. Müğənni bu dəfə evində çəkiliş edib və ailəsi ilə kamera qarşısına keçib.

Valideynlərinin ayrılmasından söz açan Röya bildirib ki, anası müğənni olmasını istəməyib:

"Anam biləndə ki, mən müğənniliyə başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla mübahisə eləyib dedi ki, mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən: "Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi... Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə-red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?". Atam isə cavab verib ki, qızım bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam.

Atam mənə ilk dəfə bir az kürəyi açıq paltar aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anam dedi ki, bu paltarı cırmaq lazımdır. Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. 5-6 ildən sonra İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim ki, nə oldu, bəs istəmirdin?".

Röya "Xalq artisti" fəxri ad almasından danışıb:

"Yekəxanalıq, özünü öymək mənlik deyil. Bu adı zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah o insanları seçir, ulduz edir, amma həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq".

Müğənni şöhrətin onu dəyişmədiyini deyib:

"Ağlamağı sevmirəm. O qədər pisliklər görmüşəm ki... Buna görə insanları sevməyim? Elə mənlə yaşıd adamlar var ki, qoca nənəyə oxşayır. Hərdən deyirlər, ətrafındakılara inanma. Deyirəm, məni sataçaq, gedəcək, başqası gələcək. İnsan dəyişmir, öyrənə-öyrənə böyüyür. Məni nə dəyişə bilər?".(axşam.az)

pia.az


Etiket: Röya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar