Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda təhsilində bacanaq tandemi - Astan İbişovun yüksəliş yolu

Rayon təhsil şöbəsinin müdiri Astan İbişov və maliyyə idarəsinin rəisi Azər Zeynalovun işbirliyinin detalları

Masall rayonunda korrupsiya və qanunsuzluqlar haqda dəfələrlə yazmışıq. Bu dəfə redaksiyamıza daxil olan məlumatlarrayon təhsil sistemi üzərində məmur triosunun hökmranlığı və bu prosesdən qazanılan pullarla bağlıdır. 

Belə ki, cumhuriyyet.az-a rayondan daxil olan məlumata görə, Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov rayon icra başçısı Rafil Hüseynov və maliyyə idarəsinin rəisi Azər Zeynalovla əlbir şəkildə əsl talan siyasətini həyata keçirir.

Astan İbişovun yüksəliş yolu

Masallıdakı təhsil horrupsiyasının detallarına keçməzdən öncə A.İbişovun yüksəliş yolundan bəzi məqamlara diqqət edək. Masallı rayon təhsil şöbəsinin müdirini yaxından tanıyan rayon sakininin cumhuriyyet.az-a dediklərində maraqlı məqamlar yer alıb. Belə ki, mənbənin sözlərinə görə, indiki təhsil şefinin pedoqoji fəaliyyəti o qədər də təmtəraqlı olmayıb: 

“Müəllim olarkən onun əsas işi maşın hissələri satmaq, bir də heyvan bazarında mal-qara alveri olub, müəllim kimi İbişovun ancaq adını jurnallarda gəzib.
Cəmi il yarım məktəb direktoru işləyəndən sonra fövqəladə əlin gücü ilə o təhsil şöbəsinin müdiri kimi mötəbər bir vəzifəyə gətirilib”. 

Təhsil şöbəsinin müdiri təyin olunduqdan sonra həm xarakterinə həm də maddi imkanına görə 180 dərəcə dəyişən A.İbişov burda öz qaydalarını tətbiq edib. Məktəb direktorlarına aylıq haqq kəsilmə, məcburi qəzet abunələrinin qiymətlərinin qaldırılması, direktor müavini postuna konkret qiymət kəsilməsi, bağçaların təhsil şöbəsinin nəzarətində olduğu zamanlarda ərzağın satışa çıxarılması və s. bu kimi məqamlar məhz Astan müəllimin təhsil şefi olduğu dövrün “kəşflər”indən sayılır.

Maliyyə maxinasiyalarının himayədar qohumu və…

Mənbəmizin sözlərinə görə A.İbişov 2000-ci ildən 2005-ci ilədək Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmişmərhum Hacı Maşallah Kərimovun himayəsində olub. Amma bundan sonra da təhsil şöbəsinin müdiri çətinlik çəkməyib. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla ilk günlər problem yaşasa da A.İbişov onunla da dil tapa bilib. Amma masallı rayon təhsil şöbəsinin müdiri haqda cumhuriyyet.az-a daxil olan məlumatlarda ən ilginc məqam onun maliyyə maxinasiyalarındakı ortağı və qoruyucusudur. 

Bizi məlumatlandıran mənbənin sözlərinə görə A.İbişovun yaxın qohumu-bacanağı Masallı rayon maliyyə idarəsinin rəisi Azər Zeynalov onun bütün qanunsuzluqları qarşısında qalxana çevrilib. Mənbəmizin sözlərinə görə büdcədən təhsilə ayrılan pulların maxinasiyalarının qanuniləşdirilməsində əsas iştirakçı olan A.Zeynalov həm də İbişovla icra başçısı arasında əsas maddi bağdır.

İbişovun qohumu, rayonun baş maliyyəçisi haqda danışan mənbənin məlumatlarında A.Zeynalovun bir müddət öncə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı dedikləridir. Belə ki, mətbuatda Masallının maliyyə şöbəsinin müdiri Azər Zeynalovu motoskilet vurması barədə məlumat yayılmışdı. Hadisənin şahidi olan mənbə cumhuriyyet.az-a bildirib ki, Azər Zeynalov qəza anında sərxoş olub. Saat 23 radələrində baş verən hadisəyə də səbəb onun sərxoş olması olub. Həmin şəxs bildirib ki, A.Zeynalovu əslində “muravey” vurmayıb – o özü üçtəkərli motoskiletin
altına yıxılıb: “Maliyyə İdarəsinin rəisi spirtli içkinin dozasını həddindən artıq çox elədiyi üçün evə çatmağa az qalmış müvazinətini itirərək yıxılıb. Bu anda ağır yüklə gələn “muravey” yerdə uzanan vəzifəli şəxsi görə bilməyib və onun üstündən keçib. Nəticədə isə Zeynalov ağır xəsarət alıb, onun qabırgalarının qırıldığı bildirilir. Motoskileti idarə edən Elçin adında şəxsə təzyiqlər göstərildiyindən, o, bu haqda ifadə verməyib”.

Təhsil korrupsiyasında dövr edən pullar

Astan İbişov bacanağı maliyyə idarəsinin müdiri Azər Zeynalova və icra başçısı Rafil Hüseynova arxalanaraq Masallı təhsilıini bərbad günə salıb. Masallıdan daxil olan məlumata görə rayon təhsil şöbəsinin müdiri Astan İbişov məktəb direktorlarına aylıq təyin edib. Belə ki, bütün kənd məktəb direktorları şöbə müdirinə ayda 500, 1000 manat arası hesab verməyə məhkumdurlar.

Rayonun Lürən, Şıxlar, Qodman, Musaküçə, Çaxırlı, Təklə, Sığdaş, Tüklə, Banbaşı, Qarğalıq və digər kəndlərində fəaliyyət göstərən məktəblərdə ümumi dərs saatları çox aşağı olub. Astan İbişovun əsas qazanc mənbələrindən biri bacanağı Azər Zeynalovun əli ilə həyata keçirilən cari təmir işləridir. Son iki ildə Masallı təhsil şöbəsinin nəzdindəki kənd məktəblərinin cari təmirinə 600 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin yarısından çoxu məhz Astan İbişov, Azər Zeynalov və Rafil Hüseynov “triosu” tərəfindən mənimsənilib. 

<font color=red>Bundan başqa bir çox kənd məktəblərində işləyən 700 yaxın müəllimlərin dərs saatları şişirdilmiş və onların adına yazılan artıq əmək haqqları birbaşa rayon təhsil şöbəsinin müdirinə çatır. Məlumatlı mənbəmiz bildirir ki, Astan İbişov hər ay 700 yaxın müəllimin şişirdilmiş əmək haqqısından 42 min manat pul qazanır. Təhsil şöbəsi müdirinin ayda dövlətdən oğurladığı 42 min manatın yarısını rayon icra başçısı Rafil Hüseynova verdiyi bildirilir.</font> 

Bundan başqa Masallı rayonunda müəllimə işləmək istəyən şəxslər Astan İbişov üçün 3000 manatından keçməyə məcburdurlar. Son iki ildə rayonun kənd və şəhər məktəblərinə ümumilikdə Astan İbişova hesab verərək 80 yaxın müəllim işə qəbul olunub. Qeyd edək ki, Masallı təhsil şöbəsinin müdirinin icra başçısı Rafil Hüseynovla və bacanağı Azər Zeynalova arxalanaraq kənd məktəblərinin tikintisi zamanı həyata keçirilən maliyyə maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımzıa təqdim edəcəyik

Masallı triosu”u İbişovu necə xilas edib?

Mənbəmizin sözlərinə görə, hələ ötən ilin yayında Təhsil Nazirliynin Masallı rayon təhsil şöbəsində aparılan yoxlama zamanı külli miqdarda yeyinti aşkarlanıb. Aşkarlanan nöqsanlarla həm Masallı təhsil şöbəsinin müdiri Astan İbişov, həm də rayon maliyyə idarəsinin müdiri Azər Zeynalov çətin vəziyyətə düşüb. Qalmaqalı ört-basdır etmək üçün onlar icra başçısna müraciət etməyə məcbur olub və Rafil Hüseynov fəaliyyətə keçib. Çünki baş verən mənimsəmənin əsas şəriklərindən biri başçı Rafil Hüseynov olub. Mənbəmizin sözlərinə görə, Rafil Hüseynov məsələ ilə bağlı təhsil nazirliyində məsul şəxslə uzun sürən danışıqlardan sonra Rafil Hüseynov gözlənilən qalmaqalı yoluna qoymağa nail olub. Əldə olunan razılaşmaya əsasən mənimsənilən məbləğin təqribən yarısı yoxlama aparanlara çatdırılıb. Həmçinin icra başçısı nazirin adı çəkilməyən müavininə hər ay razılaşdırılmış məbləğdə В«haqqВ» verməyə razı olub.

Mənbə bildirir ki, mənimsəmələr əsasən kənd məktəblərinin təmiri, həmçinin müxtəlif avadanlıqların alınması və dərs saatlarının artırılması adı altında baş verib. Bütün mənimsəmələr isə Rafil Hüseynov, Azər Zeynalov və Astan İbişovun əlbir fəaliyəti
ilə həyata keçirilib. (cumhuriyyet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar