Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"...Prezident və xanımı Xankəndində də olacaqlar"

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyevə və qızları Leyla Əliyeva növbəti dəfə işğaldan azad edilmiş Qarabağ bölgəsinə səfər edib. Ölkə başçısı Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək strateji əhəmiyyətli yolun bir hissəsinin - Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub, olduqca vacib mesajlarla çıxış edib.

Bundan əlavə, müzəffər ordunun Ali Baş Komandanı sükanı axasında əyləşdiyi avtomobillə üzü Laçın dəhlizinə doğru irəlilədikcə, erməni vandallarının illər boyunca Zəngilan, QubadlıLaçın ərazilərində törətdiyi cinayətlərdən bəhs edib, 44 günlük müharibədə dərsini alanların növbəti mərhələdə, beynəlxalq məhkəmədə də cəzalandırılacağını bildirib. Erməni quduzların darmadağın etdiyi yaşayış məntəqələrindən, məhv etdikləri tarixi çinar meşəsindən danışan Prezident qalib ordunun və dövlətin rəhbəri olaraq Qarabağı yenidən cənnətə çevirəcəklərini, bərpa işlərinin sürətlə həyata keçiriləcəyini əminliklə bəyan edib. Qarabağa növbəti səfərin seçilmə vaxtı da diqqət çəkir.

“Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla xanımla Qarabağa məhz fevral ayının 14-də səfər etməsi mühüm bir tarixi hadisəni yada salır”. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Prezidentin Qarabağa növbəti səfəri barədə danışarkən bunu bildirdi. Millət vəkili xatırlatdı ki, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirə baş tutmuşdu və həmin müzakirə vaxtı Azərbaycan Prezidenti bütün dünyaya artıq münaqişənin həllinin ciddi dəyişikliklə nəticələnəcəyi haqda bir mesaj vermişdi: “Bundan başqa, cənab Prezidentin Valday klubu və Bişkekdə MDB dövlət başçılarının sammitində çıxışlarını da yada salmaq yerinə düşərdi. Cənab İlham Əliyevin ”Qarabağ Azərbaycandır!" deməsindən 1 il ötür. Bütün dünya bu şüarın reallaşdırılmasının şahidi oldu. İşğaldan azad olunan ərazilərdə, o cümlədən Füzuli, Zəngilan, LaçınCəbrayıl rayonlarında strateji əhəmiyyət kəsb edən obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi bütün beynəlxalq aləmə yönəlik ciddi bir ismarış idi. Erməni vandalizminin nəyə qadir olduğunu göstərməklə bərabər, cənab İlham Əliyev Azərbaycan tərəfinin dinc quruculuq işlərinin mahiyyətini çatdırdı, Qarabağın dünyanın istər iqtisadi, istər kommunikasiya, istər strateji cəhətdən ayrılmaz hissəsi olduğunu göstərdi".

Prezidentin Laçının Güləbird kəndində açılışını etdiyi Güləbird Su Elektrik Stansiyası barədə danışan A.Nağıyev qeyd etdi ki, erməni qəsbkarlarının işğal dövründə öz xislətlərinə sadiq qalaraq darmadağın etdikləri bu stansiyanın yenidən qurulması çox vacib məsələdir: “Çünki bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Deməli, biz böyük qayıdışımızın təməlini qoyuruq. Eyni zamanda dəmir yolunun çəkilməsi, Naxçıvana, Türkiyəyə və diqər regionlara daşınmaların həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən kommunikasiyaların yaradılması böyük inkişaf deməkdir”.

Deputat qeyd etdi ki, Bəsitçay dövlət qoruğunun yenidən bərpa edilməsi də mühüm əhəmiyyətli bir addımdır: “Biz paralel olaraq həm ekologiyanı, həm də kənd təsərrüfatı obyektlərini bərpa edirik. Yəni prezident İlham Əliyevin siyasətində hər zaman sözü ilə əməlinin vəhdət təşkil etdiyi, ən mühüm amillərin təhlükəsizliyimizin, suverenliyimizin qorunması və hər bir vətəndaşımızın rifahı, daim diqqət mərkəzindədir və bu istiqamətdə də atılan addımların bu səfərdə də tək Azərbaycan vətəndaşları deyil, bütün dünya şahidi oldu”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan bölgələrə mütəmadi hal alan səfərlərinin geosiyasi əhəmiyyəti var: “Birincisi, Dağlıq Qarabağdakı ermənilər alışmağa başlayıblar ki, Azərbaycan Prezidenti və xanımı daima onların həndəvərindədir - istənilən an ŞuşaLaçına gəlir, müxtəlif açılışlarda iştirak edirlər. İstisna etmirəm ki, bir gün Prezident və xanımı Xankəndində də olacaqlar. Niyə də olmasın? Əlbəttə, bunu Xankəndindəki rusiyalı hərbçilərlə əlaqələndirmək lazım gələcək. Ancaq Azərbaycan Prezidentinin ölkənin istənilən nöqtəsinə səfərini heç bir amil əngəlləyə bilməz. Bunu Rusiya hərbçilərinə də anlatmaq lazım gələcək”.

E.Şahinoğlunun fikrinə görə, Prezidentin Bakıdan sonra ikinci əsas rezidensiyası Şuşada yerləşdirilə bilər: “Doğrudur, Prezident özü müxtəlif nazirliklərin Şuşada filiallarının açılışının əleyhinədir. Ancaq Prezidentin rolu fərqlidir. Misal üçün? Rusiya prezidenti xarici qonaqlarını Moskva ilə yanaşı, Soçidəki rezidensiyasında da qəbul edir. Eynilə Azərbaycan Prezidentinin gələcəkdə müxtəlif qonaqlarını Şuşadakı mümkün rezidensiyasında qəbulunu istisna etmirəm. Bunun önəmli geosiyası əhəmiyyəti var. Hansısa ölkənin prezidenti İlham Əliyevlə Dağlıq Qarabağda - Şuşada görüşür və fikir mübadiləsi aparır. Qonaqlar isə Şuşaya Füzuli hava limanı üzərindən gələ biləcəklər”. Politoloq qeyd etdi ki, Prezident qarşısına işğaldan azad olunan bölgələri modernləşdirməyi hədəf qoyub: ““Ağıllı kənd və qəsəbələr” bu strategiyanın tərkib hissəsidir. Dağlıq Qarabağın bərpası və inkişafı o səviyyədə olmalıdır ki, başqa bölgələrimizin inkişafına da nümunə olsun. Digər tərəfdən, elə etməliyik ki, başqa rayonlardakı qüsurlar azad olunan bölgələrdə təkrarlanmasın. Məsələn, azad olunan rayonlarda məmurların korrupsiya halları ilə üzləşməməliyik, geri qayıdan insanlar incidilməməlidir. Biz işğaldan azad olunmuş bölgələri istədiyimiz və arzuladığımız şəkildə qura bilsək, bunun Ermənistan və Dağlıq Qarabağdakı ermənilərə də ciddi psixoloji təsiri olacaq. Yəni bir növ onlara da anladacağıq ki, sizin dağıtdığınız nə varsa, biz bərpa və inkişaf etdirdik, əgər siz də inkişaf və rahat həyat istəyirsinizsə, təxribatlardan və torpaq iddialarından vaz keçin”.

Politoloq Zaur Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva postmüharibə dövründə artıq növbəti dəfədir işğaldan azad edilmiş rayonlara səfərlər edirlər: “Laçına ilk dəfədir ki, səfər baş tutdu. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Qarabağ doğrudan da Azərbaycandır və buna heç kimin şübhə etməməsinin artıq şahidiyik. Bundan sonra bölgənin inkişafı üçün Azərbaycan dövləti ən yüksək səviyyədə işlər görərək Qarabağın Qafqazın incisi olmasını bir daha dünyaya göstərəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar