Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

””Leyli və Məcnun”un Moskvada nümayişi tarixi və fövqəladə hadisədir”


Oktyabrın 16-da “Leyli və Məcnun” operasının ilk dəfə Rusiyada nəzərdə tutulan nümayişi ilə bağlı mətbuat konfransı keçirilib


APA-nın məlumatına tədbirdə çıxış edən Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, Üzeyir Hacıbəylinin müəllifi olduğu, Şərqin ilk operasının Moskvada nümayiş olunması tarixi və fövqəladə hadisədir: 

“Şadam ki, bu tarixi hadisəyə şahidlik edəcəyik. Musiqi tariximizdə belə hadisələr bir neçə dəfə olub. Məsələn, 1938-ci ildə Moskvada Azərbaycan dekadasının keçirilməsini deyə bilərəm. Sevinirəm ki, musiqi tariximiz üçün böyük hadisə olan bu tarixi premyerada Milli Konservatoriyanın da payı, rolu oldu. “Leyli və Məcnun” bir neçə ölkədə nümayiş olunsa da, bunun Rusiyada nümayişi xüsusi əhəmiyyət kəsb edir”. 
 
S. Kərimi qeyd edib ki, səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq.

Simfonik orkestrin dirijoru, xalq artisti Yalçın Adıgözəlov, xalq artisti Mənsum İbrahimov, xanəndə Arzu Əliyeva tamaşanın Moskvada nümayişini xüsusi mədəniyyət hadisəsi kimi dəyərləndiriblər.   
 
Qeyd edək ki, operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru xalq artisti Yalçın Adıgözəlovdur. 
Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar