SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında 'Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır
PİA.AZ SOCAR-ın saytına istinadən xəbər verir ki, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir:
"Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir".
Məlumatda deyilir ki, indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanmış, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanmış, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılıb:
"3 ədəd quyunun quraşdırılması üçün 25 metrlik dördzolaqlı hərəkət yolu çəkilmiş və qülləaltı postament qoyulmuşdur. Arakəsmə, örtük və ventilyator meydançalarının quraşdırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda 8 quyu şaxtası və 8 istiqamətləndirici boru layihə dərinliyinə vurulacaq, sementlənmə işləri görüləcək, quyular üçün yeni monifold blok yığılacaq, elektrik və nəzarət ölçü cihazları quraşdırılacaq. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır".
pia.az