Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Yeni Müsavat”ın uğurunu uğurumuz, uğursuzluğunu uğursuzluğumuz sayırıq”


Qəzetdə firqə görüşü - Müsavat rəhbərliyi “Yeni Müsavat”ın redaksiyasında


Müsavat Partiyasının başqanı Arif Hacılı, başqan müavini Nüşabə Sadıqlı, Divan üzvü Vəfa Cümşüdlü, Divan üzvü və təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı, şöbə müdiri Kərimxan Zeynalov dekabrın 11-də “Yeni Müsavat” qəzetinin redaksiyasına gəldilər. Müsavat rəhbərliyinin gəlişində məqsəd “Yeni Müsavat” qəzetində işləyən partiya üzvləri ilə görüşüb, partiya daxilində gedən proseslər, partiya ilə qəzetin münasibətləri barədə müzakirə aparmaq idi. 

Baş redaktor Rauf Arifoğlunun kabinetində gerçəkləşən görüş ilk dəqiqələrdən isti atmosferdə keçdi. Rauf Arifoğlu məlumat verdi ki, belə bir görüşün keçirilməsi barədə Arif Hacılı ilə bir qədər öncə ikilikdə keçirdikləri görüşdə razılaşıblar. 

R. Arifoğlu qəzet və partiya münasibətlərindən danışdı, bir sıra məqamlarla bağlı fikirlərini bölüşdü.  

Müsavat başqanı Arif Hacılı ölkədə yaranmış siyasi durumdan, partiyadaxili məsəllərdən və siyasi partiyalar arasında münasibətlərdən geniş danışdı. O, qeyd etdi ki, Müsavat Partiyasında fəaliyyət göstərmək imkanları olan hər bir adama bacarığına, vaxtına, həvəsinə görə şərait yaratmaq qərarındadır. Eyni zamanda mətbuat orqanları ilə, siyasi təşkilatlarla mümkün qədər müttəfiqlik və əməkdaşlıq münasibətləri qurmaqda maraqlıdır: “Mən heç vaxt heç bir mətbuat orqanı ilə münasibətlərin gərginliyində maraqlı olmamışam. “Yeni Müsavat” qəzeti isə 25 il ərzində Azərbaycanda siyasi prosesdə iştirak edən təsisatdır. Vaxt var idi “Müsavat” sözünü deməyin özü populyar deyildi. Hətta cəmiyyət içində də uzun zaman Müsavat haqqında elə bir təbliğat aparılmışdı ki, Müsavat faşist, dağıdıcı, kasıbları əzən, varlıların təşkilatı kimi qəbul olunurdu. 

O dövrdən “Yeni Müsavat” Müsavat Partiyasının, müsavatçılığın təbliğatını aparıb. Yəni bunların üstündən xətmi çəkmək olar? Bu qədər uzun yol keçib, bu qədər çətinliklərdən çıxmış bir mətbuat orqanıdır. “Yeni Müsavat” qəzetinin siyasi xətti aydındır. Azərbaycan müxalifətinin bütün yükünü üzərinə götürmədiyini iddia eləyən bir qəzetdir. Məhz bu siyasətin həm də nəticəsidir ki, hər bir adam “Yeni Müsavat” qəzetini oxuyur. “Yeni Müsavat”ı müxalifətçi də, iqtidar nümayəndəsi də, siyasətlə maraqlanan hər bir kəsim oxuyur. Düz başa düşmüşəmsə, qəzetin məqsədi də, xətti də odur ki, informasiya məkanını bütün spektrini əhatə edən bir qəzet olsun.  Bizə də “Yeni Müsavat”dan yaxın olan hər hansı bir mətbuat orqanı yoxdur. Ona görə də “Yeni Müsavat”a dəyən zərbə həm də Müsavat Partiyasına dəyən zərbədir. “Yeni Müsavat”ın uğurunu uğurumuz, uğursuzluğunu uğursuzluğumuz sayırıq. Mənim Müsavat başqanı olaraq sizə dediyim söz bundan ibarətdir. Sizdən də partiyanın daha da inkişafı üçün dəstək umuram... Müsavat Partiyasında tərəf yoxdur, Müsavatda tərəf söhbəti sentyabrın 27-də bitib. Müsavatda fraksiya yaratmaq mümkün deyil, olmayacaq”.

A.Hacılı “Yeni Müsavat”dakı müsavatçıların fikirlərini də dinlədi. 

“Yeni Müsavat”ın yazarı və müsavat.com saytının baş redaktoru Xalid Kazımlı ölkədə çoxlu sayda qəzet və informasiya saytının olduğunu bildirdi və dedi ki, onların hamısı hər şeyi yazanda biz gündəmdə olan hansısa prosesdən yazmayanda geri qalarıq. Qəzetdə və saytda hər kəsin mövqeyinin işıqlandırılması bu baxımdan vacib sayılmalıdır.  
Müsavat başqanının müavini Nüşabə Sadıqlı “Yeni Müsavat”ı dəstəklədiklərini və qəzetdəki müsavatçılardan gözləntilərini dilə gətirdi. 

Müsavat Divanının üzvü Vəfa Cümşüdlü də qəzetə dəstəyini ifadə etdi və müsavatçılardan umacaqlarını qeyd etdi. 

Digər görüş iştirakçılarının da çıxışı ilə dialoq şəraitində keçən toplantı davam etdi. 
İki saata yaxın davam edən görüşün sonunda Rauf Arifoğlu gəldikləri üçün Müsavat rəhbərliyinə təşəkkür etdi və müzakirələrin səmərəli olduğunu bildirdi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar