Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Siyasi məhbus” anlayışını izah edə biləcək qurum yoxdur“


“Bir neçə hüquq müdafiə təşkilatını çıxmaq şərtilə, qalanları insan hüquqlarının müdafiəsi ilə məşğul deyillər. Onlar sacəcə olaraq bu adı alver predmetinə çeviriblər”


PİA.AZ xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət düşərgəsində yaradılan hüquq müdafiə komitələrinin fəaliyyətinə münasibətini bildirərkən deyib. 

Siyavuş Novruzovun fikrincə, belələri həbs olunanların valideyinlərindən, yaxud da onların yaxın ətraflarından pul alaraq, ayrı-ayrı instansiyalara “siyasi məhbus” siyahıları təqdim edirlər. Baxmayaraq ki, onlar konkret olaraq cinayət törətmiş şəxslərdirlər: “Onlar özlərinə sərf etməyən adamları deyil, məhz sərf edən adamları, yəni maliyyə baxımından maraqlarına cavab verən şəxsləri dərhal “siyasi məhbus” adlandırırlar”.  
 
YAP İcra katibinin müavini həmçinin qeyd edib ki, bu gün “siyasi məhbus” anlayışını izah edə biləcək qurum yoxdur: ““Siyasi məhbus” anlayışının özünü ortaya qoya biləcək hər hansı bir dövlət və ya qeyri-dövlət orqanı yoxdur ki, bunun xarakteristikasını versin, onu izah edə bilsin. İzah olunsun ki, bu nədir və nə deməkdir”. 
 
Siyavuş Novruzov eyni zamanda vurğulayıb ki, “hüquq müdafiəçiləri” yalnız özlərinə sərf edənləri, o cümlədən cinayətkarları “siyasi məhbus” kimi tanıtmağa çalışırlar: “Yəni burada özlərinə sərf edən adamlara deyirlər ki, kimlər “siyasi məhbusdur”. Biz dəfələrlə şahidi olmuşuq ki, “siyasi məhbus” məsələsi ətrafında manipulyasiya edənlər vergidən yayınlara, konkret cinayət törədən şəxslərə bu donu geyindirirlər. Hansı ki, məhkəmə hökmü olmadan, istintaqın gedişinə təsir edərək prosesi məqsədli şəkildə yönəltməyə çalışırlar. Təbii ki, bu, qanunla qadağandır. “Siyasi məhbus” siyahısını hazırlayanlar müəyyən təşkilatların, dövlətlərin tapşırıqlarını yerinə yetirərək onların göndərdikləri pullar müqabilində Azərbaycanda dövlətçilik əlehinə, anti-milli fəaliyyət göstərirlər”.
 
YAP rəsmisi bu halın birinci dəfə baş vermədiyini də xatırladıb: “Hələ Azərbaycanda siyasi partiyalar yeni-yeni formalaşanda da biz bunun şahidi olmuşuq. Bəzi siyasi partiyaların rəhbərləri siyasi fəaliyyətini bir kənara qoyub, təbii ki, müəyyən maraqlar xatirinə, məhkəmənin hökmü ilə həbs edilmiş cinayətkarları, separatçılıqla məşğul olanları, metro partlayışında iştirakı sübuta yetirilənləri, adam oğurluğunda günahkar bilinərək həbs olunanları “siyasi məhbus” adlandıraraq onların hüquqlarının “müdafiəçisinə” çevrilirlər. Əgər həbs olunan imkanlı adamdırsa həm də onun pulundan yararlanmağa başlayırlar”.
 
Siyavuş Novruzov daha bir ilginc məqama toxunaraq bildirib ki, həbs edilənə qədər vaxtilə dövlətdə müəyyən vəzifə tutan, müxalifəti ən sərt tonda tənqid edənlər belə, sonradan müxalifətyönlü “hüquq müdafiəçiləri" tərəfindən “siyasi məhbus” elan edilirlər: “Məsələn, görümüşük ki, cinayət əməllərinə görə həbs olunmuş bəzi məmurlar, baxmayaraq ki, həbs olunan günə qədər həmin partiyaların rəhbərlərini, funksionerlərini ən sərt şəkildə tənqid edirdilər, həbs olunduqdan sonra sözügedən partiya rəhbərləri onların hüquqlarını müdafiə komitələri yaradırdılar. Eyni zamanda müxalifət mətbuatı da həbs olunmuş nazirləri reklam edərək, gündəlik şəkildə müdafiə xarakterli yazılar dərc edirdilər. Təbii ki, bunun arxasında da maddi maraq məsələsinin dayanması şübhəsizdir”.
 
“İndi bəzi partiyalar arasında ikitirəli münasibətlər yaranıb”-deyə vurğulayan Siyavuş Novruzov həmin tərəflərə ayrı-ayrı xarici təşkilatlar tərəfindən təlimatların verildiyi qənaətindədir: “Onlara müxtəlif xarici təşkilatlardan ayrı-ayrılıqda tapşırıqlar gəlir. Məsələn, AXCP bütövlükdə Leyla və Arif Yunusun müdafiəçisinə çevrilibdir. Çünki həmin mənbələrdən onlar kifayət qədər maliyyə dəstəyi alırlar. Beləliklə, onlar təşkilatların adı fərqli olsa da, eyni mənbədən eyni məqsəd güdən tapşırıqlar alırlar və bu tapşırıqlara da xidmət edirlər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar