Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Şimal axını-2” layihəsi dayandırılmalıdır”


Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Baltik dənizi vasitəsilə çəkdiyi “Şimal axını-2” qaz kəmərinin tikintisinin dayandırılmasına çağırıb və bunu bütün Avropa üçün təhlükəli layihə olduğunu deyib


AzVision.az xəbər verir ki, Poroşenko bu barədə öz tvitter hesabında yazıb. “Şimal axını-2” iqtisadi layihə deyil, o, Avropanın bütövlüyünə zərər vurur və dayandırılmalıdır.” - deyə Ukrayna prezidenti bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov "Şimal axını-2" qaz kəmərini Avropa üçün tamamilə iqtisadi əsaslı və faydalı layihə adlandırıb. Onun sözlərinə görə, bu qaz kəməri hazırda Ukraynadan Almaniyaya çəkilən kəmərdən iki dəfə qısadır. Bu baxımdan tranzitin qiyməti də indikindən ucuz olacaq. Moskvada onu bildirirlər ki, Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyayadək çəkiləcək “Şimal axını-2” qaz kəməri həmçinin, Avropaya kəsintisiz və etibarlı qaz nəqlini təmin etmək məqsədilə çəkilir. Çünki Ukrayna ilə olan siyasi münasibətlər, həmçinin bu ölkə üzərindən qaz tranziti həcminin azaldılması problemlər yaradır. 

Qeyd edək ki, Ukrayna ilə yanaşı, ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Həmçinin, Vaşinqtona görə, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar