Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Reket jurnalistlər” indi də internet mediasında cəmləşiblər”


“Hələ ki biz jurnalistikamızı saf-çürük etməmişik. İndi hər hansı küçə ilə gedən bir nəfər şahidi olduğu hadisəni öz telefonu vasitəsilə çəkib bütün dünyaya yaya bilər. Hətta həmin çəkiliş ən yaxşı jurnalist materialı hesab oluna bilər” – Əflatun Amaşov

 
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, əvvəlcə bütün dünyada onlaym jurnalistika qəbul olunmurdu. “Azərbaycanda da bununla bağlı qanunvericilik təkmillşədirilir. Hazırda qəzetlər, jurnalllar, televiziya, informasiya agentlikləri və eyni zamanda internet resursları da Kütləvi İnformasiya Vasitələri (KİV) hesab olunur. Jurnalistikanın saflaşması üçün cəmiyyətin də hadisələrə baxışı dəyişməlidir. Cəmiyyət də müəyyən mənada inkişaf etməlidir Burada təhsillə bağlı da müəyyən faktorlar var. Biz jurnalistika fakültəsində artıq qabilliyyət imtahanlarını bərpa etmişik. Elə bilirəm ki, bir ildən sonra jurnalistika fakültəsindən daha peşəkar və jurnalist olmaq istəyən şəxslər məzun olacaqdır”.

Deputat “reket jurnalistlər”in əvvəllər yazılı mətbuatda, qəzetlərdə fəaliyyət göstərdiyini, indi isə internet mediasına cəmləşdiyini deyib. “İndi həmin şəxslər onlayn jurnalistikaya, eyni zamanda internetdə fəaliyyət göstərən televizya və radiolara transfer olunublar. Bunun da müəyyən səbəbləri var. Çox təəssüf ki, həmin o şəxslər birləşərək ayrı-ayrı adamların ətrafında cərəyan etməyə başlayıblar. Onlar ayrı-ayrı insanlar tərəfindən də maliyyələşirlər. Son zamanlar o yolda olan jurnalistlər saxlanılır, həbs olunur. Bu proses hələ davam edəcək. Mən elə fikirləşirəm ki, iqtisadi baxımdan təminat ödəndikcə, həmin o neqativ hallar da aradan qalxacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar