Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Qarabağ”- “Neftçi” oyunu “Şirlərin savaşı”dır“



Tahir Gözəl: "“Neftçi”nin məğlub etmək “Qarabağ” üçün həmişə çətin olub"


Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Neftçi” üzərində 3:2 hesablı qələbə qazanan “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
 
- Qarşılaşma derbiyə yaraşan şəkildə keçdi?
 
- Təbii ki, razı qaldım. İlk yarıda “Qarabağ” yaxşı oynayıb, 2 qol vurdu. Amma fasilədən sonra hiss olundu ki, “Neftçi” uduzmaq niyyətində deyil. Gərgin mübarizə getdi. Rəqib fərqi minimuma endirən zaman üstünlüyün əldən çıxdığını düşündük. Hesab bərabərləşdikdən sonra çox stress keçirdik. Hər zaman demişəm, bu komandaların oyunu “Şirlərin savaşı”dı. Sevindirici odu ki, “Qarabağ” 90 dəqiqə mübarizə apardı, dayanmadı və görüşü qalib başa vurdu. Çox razıyam. “Qarabağ” oyunu ilə buna çox layiqdir. Komandamız sübut etdi ki, Azərbaycanın ən yaxşılarından biridi.
 
- Niyə məhz “Neftçi” ilə qarşılaşma sizin üçün önəmlidi?
 
- Azərbaycanın 3 əsas köklü klubu var. Bunlar “Qarabağ”, “Neftçi” və “Kəpəz”di. Gəncə təmsilçisi hazırda I divizionda yarışır. Amma “Neftçi”yə böyük azarkeş dəstəyi var. Həm də güclü rəqib insanı hər zaman ucaldar. “Neftçi”nin məğlub etmək “Qarabağ” üçün həmişə çətin olub. Biz də çətinliyi aşmağı sevirik.
 
- Güclü rəqibdən danışdınız. Amma reallıq odu ki, digər komandaların səviyyəsi xeyli aşağı düşüb və rəqabət azalıb.
 
- Bu oyunda onu görmədim. “Neftçi” güclü rəqibdi. Digər klublar haqda danışmaq istəmirəm. Sabah “İnter”də nələr baş verəcək, bunu bilmirəm. Əsas istəyim odu ki, “Neftçi” bu keyfiyyəti hər zaman saxlasın. “Qarabağ” bacardığı qədər buna nail olur. “Neftçi” də zəifləməməlidi. Çünki tarixi klubdu, arxasında dəstək olmalıdı.
 
- Cəmi 2 qələbədən sonra çempionluğunuzu rəsmiləşdirəcəksiniz. Bundan sonra rahat olacağını düşünmək olarmı?
 
- Hələ yox. Üç qələbə qazansaq, rahat olacaq. Amma indi rahat deyiləm.
 
- Ölkə kubokunun finalında da bu komanda ilə qarşılaşacaqsınız. Bu dəfə istəyiniz nədi?
 
- Möhtəşəm qarşılaşma olacaq. Finaldakı rəqibimizin “Neftçi” olması qarşılaşmaya böyük həyəcan verəcək, ləzzət alacam. Xəyalım və arzum kubokun finalında “Neftçi” ilə qarşılaşmaq idi. Buna da nail olduq.
 
- Hədəf yenə “Neftçi”ni yenməkdi?
 
- Başqa fikrimiz yoxdu.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar