Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Qafqaz” Universitetinin müəllimləri işlə təmin olunacaqlar”


“Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan “Qafqaz” Universitetinin hər bir tələbəsi ixtisasına uyğun olaraq digər universitetlərə köçürüləcək. Bu məsələdə heç bir problem olmayacaq”


Bunu “Report”a açıqlamasında universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə yaradılan işçi qrupunun sədri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.

O, hələlik tələbələrin dövlət universitetlərinə köçürülüb-köçürülməyəcəyini açıqlaya bilməyəcəyini qeyd edib: “Lakin narahat olmağa ehtiyac yoxdur, çünki bütün tələbələrin hamısı ali təhsil müəssisələrinə yerləşdiriləcək. Bu məsələnin üzərində hazırda işçi qrupu işləyir.

 Bildiyiniz kimi, orada çox sayda müxtəlif ixtisaslar üzrə tələbə təhsil alır. Ona görə də bunun üçün bizə vaxt lazımdır. Həftənin sonuna qədər bununla bağlı yekun qərar məlum olacaq”.

İşçi qrupunun sədri eyni zamanda, “Qafqaz” Universitetində çalışan müəllimlərin aqibətinin necə olacağına da aydınlıq gətirib. Y.Piriyev deyib ki, müəllimlər də ixtisaslarına görə digər universitetlərdə işlə təmin olunacaqlar.

Xatırladaq ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov isə Təhsil.TV-yə açıqlamasında Təfəkkür Universitetinin tələbələrinin cari tədris ili bitdikdən sonra, “Qafqaz” Universitetinin tələbələrinin isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcəyini bildirib. O, həm də köçürülmədən sonra tələbələrin təhsil haqqında artımının olmayacağını bəyan edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar