Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Milyarderlər ittifaqı” 10 azərbaycanlı tələbəni maliyyətləşdirsəydi…”


“Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın tanınmış jurnalisti Vladimir Solovyovu qəbul edib, müsahibə verib. Ölkə rəhbərinin yüksək diplomatik məharətinin və güclü xarizmasının təkcə böyük dövlət adamlarının deyil, hətta Azərbaycan əleyhinə ardıcıl mövqe tutan istənilən adamın düşüncələrində kəskin dəyişiklik yaratdığına əminəm”


PİA.AZ “Report”-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçkirilən plenar iclasında deyib.

O, həmin jurnalistin verilişlərinə azərbaycanlı ekspertlərin dəvət olunmaması məsələsinə də toxunub: “Nəinki Rusiyada, eləcə də Türkiyə, Gürcüstan, Ukrayna, o cümlədən Avropa arealında yaşayan azərbaycanlıların həmin ölkələrin iqtisadi-mədəni həyatına böyük töhfələr verir. Soyadaşlarımızın bir qismi xaricdə artıq 2-ci və ya 3-cü nəsil olaraq yaşayır, cəmiyyətin yuxarı eşalonlarında təmsil olunurlar. Lakin informasiya məkanına çıxmaq, siyasi meydanda aktiv yer almaq və dövlətlərin hakim elitasına daxil olmaq uğrunda fəaliyyətin zəifliyi ciddi problem olaraq qalır. Vaxtilə ulu öndər Heydər Əliyev Fransa prezidenti Jak Şirakla ilə görüşündə Şirak söyləmişdi ki, “erməni soyqırımı” ilə bağlı türk lobbi qruplarının kəskin etirazı küçə və meydanlarda nümayiş edilsə, onun komandası və qanunverici orqan təmsilçiləri də bununla hesablaşmağa məcbur olar. Deməli, bizim imkanlı soydaşlarımız xaricdə savadlı diplomata, hüquqşünasa, siyasətçiyə investisiya qoymaqla öz xalqının maraqları üçün nə qədər milsisiz işləri gördüyünün fərqində olmalıdırlar. Dövləti və xalqı belə savaşlarda qorumaq müharibədə iştiraka bərabər hadisədir. Ona görə də hər şeyi dövlətdən gözləmək yanlışdır”.

Deputat bildirib ki, Rusiyada “milyarderlər ittifaqı” çətiri altına toplaşanalar 10 azərbaycanlı tələbəni maliyyətləşdirsəydilər, indi onların yetirmələri qabaqcıl informasiya texnoloqlarına çevrilərdilər: “Səfirlik və diaspor qurumlarımız milli ideoloji planlarının baş sətrinə bunu yazmalıdılar. Çünki səngərdəki döyüşlərlə yanaşı, informasiya müharibəsinin də öz generalları olmalıdır”.

                                                                           
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar