“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə klubunda daha uzun müddət işləməyi düşünür
Qol.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis "ESPN"ə açıqlamasında deyib:
"Daha 15 il "Mançester Yunayted"də işləməyə hazıram. Bəli, işim təzyiqə görə çətindir. İnsanlar qələbə tələb edirlər. Ancaq oyunlarda təkcə bir klub qalib gələ bilər. Bu, hər il daha da çətinləşir. Mənim işim təkcə futboldan ibarət deyil. Mən hər zaman işləyirəm".
Qeyd edək ki, Mourinyo ötən mövsümdən "MY"ni çalışdırır.
pia.az