Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Freedom House” Paris görüşündə təxribat etmək istəyir”


“Prezidentlərin Paris görüşündə “Freedom House” kimi təşkilatlar təxribat etmək istəyirlər”


PİA.AZ xəbər ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik  komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov Paris görüşü ilə eyni gündə “Freedom House” və Açıq Cəmiyyət Fondu (Soros Fondu - red) tərəfindən Vaşinqtonda Azərbaycanla bağlı dinləmələrin salınmasına münasibət bildirərkən deyib.

S. Novruzov bildirib ki, bu təşkilatlar Azərbaycanda gedən proseslərə maneəçilik törətməkdə israrlıdırlar: “Onların qeyri-obyektivliyi məlum məsələdir və məhz Azərbaycanla bağlı zaman-zaman qeyri-səlis xəbərlər yayaraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Görünür, Dağlıq Qarabağ məsələsi istiqamətində danışıqların gedişatı bu təşkilatlardakı erməniləri və erməni lobbilərini ciddi narahat edir və bu formada nəsə etməyə çalışırlar. Çünki Paris görüşünü vaxtı əvvəldən bəlli idi, onlar da bu vaxta uyğun həmin gün  Azərbaycanı ittiham etməyə hazırlaşırlar”.

Millət vəkili qeyd edib ki,  “Freedom House” və bu tipli təşkilatlar Azərbaycana düşmən mövqe bəsləyirlər.

“Lakin hesab edirəm ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki dünyada da hər kəs onların necə qərəzli təşkilat olduğunu bilir”, - deyə o bildirib.

S. Novruzov oktyabrın 27-də Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin salınmasını da təxribat adlandırıb. Lakin millət vəkili hesab edir ki, Ermənistan məcbur olub məhkəmənin vaxtını dəyişəcək: “Əks təqdirdə təxribatçı olduğunu etiraf etmiş olar”.
 
Qeyd edək ki, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sərkisyan Dağlıq Qaranağ münaqişəsini müzakirə edəcək.

Məlumatlara görə, həmin gün Vaşinqtonda “Freedom House” və Açıq Cəmiyyət Fondu Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar