Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“iPhone”nun yeni modeli hazırlanır


Tayvanın “TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir


Bu isə o deməkdir ki, “Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi “iPhone 8s” smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.
 
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki,  “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.
 
Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.
 
Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.
 
Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar