“Apple” şirkəti tərəfindən sentyabr ayında təqdim edilməsi nəzərdə tutulan “iPhone 8” smartfonunun təqdimatı təxirə salınıb
Lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, mütəxəssislər yeni “iPhone”nin oktyabr ayına qədər təxirə salındığını bildiriblər.
“Apple” şirkətinə yaxın tərtibatçılar bildiriblər ki, bu müddət cihazın daha da modernləşdirilməsi üçün lazım olub.
Çox güman ki, “Iphone Decade Edition” adlanacaq yeni “iPhone 8” smartfonunun gecikməsi smartfonun displeyinə “Touch İD” sisteminin inteqrasiya edilməsində yaranan problemlə bağlıdır.
pia.az