UBS analitikləri payızda təqdimatı keçiriləcək “iPhone” smartfonunun mümkün qiymətini açıqlayıblar
Lent.az-ın “Ubergizmo”ya istinadən verdiyi xəbərə görə, ekspertlər start qiymətinin 870 dollar olacağını proqnozlaşdırır.
Daha əvvəl analitik Stiven Milunoviç “iPhone 8”in baza versiyasının 850 dollar, top versiyasının isə 1000 dollar olacağını bildirmişdi. UBS-in dəyərləndirməsi qiymətlərin bundan baha olacağını ehtimal etməyə əsas verir. Yeni cihazın baza versiyası 870 dollar olarsa, top versiyasının 1070 dollardan satışa çıxarılacağı gözlənilir.
pia.az