Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zavod deməyəcək ki, bəli, biz leş ətindən məhsul hazırlayırıq” - Həftənin sitatları


Kəramət Böyükçöl: “Bizim evdə çörəyin çoxu and içməyə gedir. Çörək olmayanda duzla yola veririk, duz olmayanda da qəndlə. Üçü də olmayanda işığa and içirik. İşıq sönəndə isə gözümüz bir-birimizi görmür”


İlham Şaban: “Rəhmətlik Natiq Əliyev sağlığında bilsəydi ki, FB-çilər onun haqqında necə pozitiv fikirdədirlər, çoxdan istefa verib FB-də şad-xürrəm gün keçirərdi...”. 

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir”.

ABŞ prezidenti Donald Tramp: Qətər tarixən terrorizmin sponsoru olub”.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan: “Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər şox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”.

Rusya prezidenti Vladimir Putin: ABŞ-da prezidentlər dəyişir, siyasət isə yox”.

Fransa prezidenti Emmanuel Makron:Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaq”.

İran Prezidenti Həsən Ruhani : “Qlobal xarakter daşıyan bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidirlər. Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz”.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov: “Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var”.

ABŞ-ın dövlət katibi Reks Tillerson:ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, ölkələrimiz uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov:Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi”.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) eks-direktoru Ceyms Komi: “Tramp bildirdi ki, Rusiyalı fahişələrlə heç vaxt əlaqədə olmayıb və həmişə Rusiyada olarkən, ona qulaq asıldığından şübhələnirmiş”.

NATO-nun baş katibi Yens Stoltenberq: “ İki tərəfli stratejiya o deməkdir ki, hücumların qarşısını almaq üçün müdafiəmizi gücləndirməliyik. Buna görə də Rusiyanın Ukraynaya etdiyinə cavab olaraq biz güclərimizi birləşdirib, qüvvələrimiz dəyərləndirməliyik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev:Azərbaycan üçün bu gün ən böyük təhlükə Rusiyadandır. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanda Rusiyanın diqtəsi ilə hərəkət edən kim varsa, zərərsizləşdirilməlidir”.

İqtisadiyyat naziri Şahin Mustafayev: Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır”.

“Yeni cag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Natiq müəllim o nazirlərdən idi ki, az qala hər gün Torqovıda qarşılaşırdıq. İndi xalq arasına çıxan məmur tapmaq çətindir, nəinki nazir... Bəli, hər gün xalq arasında olan naziri itirdik...”.

İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi: Səudiyyə Ərəbistanının dünyada terror hadisələrini dəstəkləməsinə şübhə yoxdur”.

Baş Prokuror Zakir Qaralov: “Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub”.

Bank üzrə ekspert Əkrəm Həsənov: “Ən iri bankımız və Palata manata etibar etmirsə, biz niyə etməliyik?!”.

Parlament sədrinin müavini Bahar Muradova: “Son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə şərhlər verilir. Ancaq bu iddialar əsassızdır”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Tam səmimi deyirəm ki, bəli, Azərbaycanda müxalifəti Şər qüvvə hesab edirəm. Mən bunu hansısa məqsədlə demirəm. İndi müxalifətdə olanların hamısını gənclik illərimdən tanıyıram və həmişə görmüşəm ki, onlar Şərdirlər”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza: Ermənistan ən pis mövqedədir. Çünki, ölkə Azərbaycan və Türkiyədən təcrid olunub. Buna görə də Ermənistan potensial investisiyalardan kənarda qalır və Rusiyadan enerji, təhlükəsizlik və investisiya asılılığına düşür”.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban: “Rəhmətlik Natiq Əliyev sağlığında bilsəydi ki, FB-çilər onun haqqında necə pozitiv fikirdədirlər, çoxdan istefa verib FB-də şad-xürrəm gün keçirərdi...”. 

Tanınmış journalist Azər Sarıyev: “Leş ətinin sahibi deyirmiş ki, malı Azərsun-un zavoduna təhvil verməyə aparırdım. Zavod təbii ki, təkzib verəcək, deməyəcək ki, bəli, biz leş ətindən məhsul hazırlayırıq. Sözüm onda deyil. Bu xəbərdən hay-küyə düşənlərdədir. Guya Azərsun-un başqa məhsulları, məsələn, yağları çox keyfiyyətli idi?”.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli: “Mənşəyi məlum olmayan hər əti “leş ət” adlandırmaq olmaz”.

“Yeni cag.az” saytının baş redaktoru Aqil Ələsgər: “İftardan öncə selfi etmək müstəhəbdir”.

Müsavat Pertiyasının başqan müavini Tofiq Yaqublu: “ Hökumətimiz dedi ki, Bakıda keçirilmiş İslam Oyunları islam aləmində sülh və dostluq yaradacaq. Yaman da yaratdı. İndi Qətər məsələsinə görə islam dövlətləri bir-birinə dəyib. Hər an müharibə başlaya bilər”.

Hazırda Vaşinqtonda yaşayan politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: “Yaxın Şərq bölgəsi çox təhlükəli bir mərhələyə yetişir”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Maraqlıdır ki, Sumqayıtda niyə ancaq uşaqlar zəhərlənib? Bəs, yekə-yekə əmilər, dayılar, xalalar, bibilər niyə zəhərlənməyib? Niyə də, niyə?..”.

Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov: “Mən hər zaman Şərq kişisi, müsəlman olaraq uşaqlarımın atası kimi, öz öhdəliklərimi yerinə yetirirəm. Qalan şeylərə isə qoy Allah özü qərar versin”.

Keçmiş Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ilk sədri, Xəzər Universitetinin dosenti, təhsil eksperti  Vurğun Əyyub: “Universitetlərin nəzdində hazırlıq kurslarının açılması müsbət hadisədir. Amma nəyə görə və hansı məntiqlə onlar universitetlərə imtahansız daxil olmalıdırlar?”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov:Nazirlər Kabineti konstitusion strukturdur və əgər o ləğv olunacaqsa, bunun üçün referendum keçirilməlidir. Keçən il də referendum keçirildi, o struktur qaldı və fəaliyyətini davam etdirir. Nazirlər Kabinetinin tərkibində hər hansı bir struktur islahatı ola bilər, bu da cənab prezidentin səlahiyyətlərinə daxildir”.

“Savash.org” saytının baş redaktoru Zülfüqar Savaş: “Harda bir dərd varsa, gəlib gözəlim Sumqayıtı tapır. Əvvəl zəhərli havadan nəfəs ala bilmirdik, indi sudan zəhərlənirik…”.

İqtisadçı ekspert Natiq Cəfərli: “Son 4 ayda ölkənin idxalı  17% azalıb. Bu o deməkdir ki, idxalla məşğul olan insanların da gəlirləri azalıb. Bütün bu parametrlər iqtisadi aktivliyə ciddi təsir göstərir”.

Gənc yazar,  jurnalist Kəramət Böyükçöl: “Allaha and içirəm, inanmır. Ət ağaya and içirəm, inanır…”.

Əməkdar artist Elza Seyidcahan: “Elarizin yazdığı şeir mənim bir çox şeirimdən yığma sözlərdir. Bütün şeirlərimi o qədər oxuyub ki, onlardan ilhamlanıb şeir yaradıb. Elariz, gözəl mütaliə etmisən. Çoz gözəl, ordan şeir yaratmısan. Elariz, mən də səni sevirəm”.

Tanınmış jurnalist Azər Sarıyev:İrandan olan soydaşlarımızın dünənki terror hadisələri ilə bağlı fikirləri çox maraqlıdır. Əksəriyyəti deyir ki, bu hadisələrin hamısı İranın başının alıtndan çıxır, bu da bir təzə filmdir. Xameneyi isə deyib ki, xırda hadisədir”.

Politoloq Zaur Mammadov: “Molla ölü istəyən kimi, biz də hadisə istəyirik. Səhərdən telefonlar, inboxlar dağılır. İran, Qətər, Türkiyə, Rus hakerlər , Trump və daha nələr - nələr. Bölgə barıt çəlləyinə bənzəyir. Çox həssas olmaq lazımdır. Çünki, oradakı hadisələrin bu tərəflərə də çox böyük təsiri olacaq”.

Jurnalist Anar Gəraylı: “300-dən çox qoyununu ildırım vurub öldürən azərbaycanlının dramından xəbəriniz oldu?”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev: “İqtidarda təmsil olunub özünü təsdiq edə bilməmiş şəxslərə yeni statuslar verməklə, vəzifələrini böyütməklə kadr islahatları effektiv nəticə verə bilməz”. 

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Tövrat – bugünkü anlayışlarla çox əxlaqsız kitabdır…”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dekanı, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zivəroğlu: “İndi Qətərdə dövlət çevrilişinin baş verməsi Yaxın Şərqdə böyük xaosun yaranmasına səbəb ola bilər”.

Politoloq Qabil Hüseynli: “Tramp hər gün fəaliyyətində yeni səhvlərə yol verir və bu səhvlər impiçment üçün yol açır”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa: İrandakı rejimin, sistemin mahiyyəti bəllidir. Amma bu ölkədə qonşu dövlətdə baş verən terrora sevinəcək qədər gerizəkalılar var”. 12 nəfər ölüb, 42 nəfər yaralanıb, deyilənə görə çoxu da azərbaycanlı...”.

Yazar Qanturalı:Şəki teatrında Leylinin atasını rolunu oynayan aktyoru rejissor sıxışdırırmış. Axırda aktyor bezib, tamaşadan qabaq rejissora belə deyib: “İndi elçilikdə Leylini Məcnuna verəcəm, girinc qalacaqsan”.

Tanımış köşə yazarı Zamin Hacı: “Mənim bir qohumum, deyilənə görə, indiyə qədər Elçibəyin qarasınca danışır: “O hakimiyyətə gəlməsəydi, uşağı instituta qoyacaqdım. Həmin il xeyli dana, qoyun satıb pul yığmışdım, hamısı əlimdə qaldı, verməyə yer olmadı”.

Müsavat.com saytının redaktoru Xalid Kazımlı: “Yaxın Şərqdəki cəbhələrin hər iki səngərində eyni millətə, eyni dinə, mədəniyyətə mənsub insanların dayandığı faktı əmirlərin, kralların vecinə deyil. Onlar yalnız öz sülalələrinin gələcəyini, rifahını düşünürlər”.

Köşə yazarı Samir Sarı: “Kasıb və zülmlü ölkələrdən qaçıb gedib Avropanın cənnət ölkələrinə yerləşənlərin bir çoxu sığındıqları cəmiyyətə adaptasiya oluna, onların səviyyəsinə qalxa bilməsələr də, onları öz səviyyələrinə endirə bildilər. Məsələn, artıq London ingilisləri bizim kəndin camaatı kimi düşünür, gəlmələrin hamısının ölkədən rədd olmasını istəyirlər”.

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyeva: “Yalandır, yalandır, yalandır. Dünyanın hər yerində üzdəniraq, nadan adamlar var. Bu xəbərləri də yəqin onlar yayıb. Səhhətimlə bağlı heç bir dəyişiklik yoxdur, narahatlığa da əsas görmürəm”.

Jurnalist Gunay Arda: “Fağır ölkədə tənqidçi də yoxdur. Guya bir-iki tamaşadan, filmdən, romandan tənqidi yazı yazanlar var. Onlar da sosial statusa, siyasi mövqeyinə görə adamları seçirlər, işi yox. Film, karikatura, əsər müzakirəsi yox, fərdi seçimlər var. Bir də var, məddahlıq məqsədi ilə yazılan yağlı təriflər..”.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban: “28 May küçəsindəki bir vaxtlar "Telefonnı" adlanan zamandan tikilmiş 1-2 mərtəbəli binaların fasadlarını KAPİTALNI təmir edirlər.Demək, bir neçə ildən sonra bu ərazidə böyük söküntü başlayacaq - son illərin məntiqinə əsaslanıram!”.

Gənc yazar,  jurnalist Kəramət Böyükçöl: “Bizim evdə çörəyin çoxu and içməyə gedir. Çörək olmayanda duzla yola veririk, duz olmayanda da qəndlə. Üçü də olmayanda işığa and içirik. İşıq sönəndə isə gözümüz bir-birimizi görmür”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza: “Qız atalarına məsləhət görürəm ki, övladlarınıza ürəyinizi açın və onlara sonsuz sevgi və hörmət göstərin. Onlar haqqında həmişə gücünüzə, rəhbərliyinizə, sevginizə və hörmətinizə ehtiyacı olan xəzinə kimi düşünün və əgər siz onlara icazə versəniz, onlar bunu sizin özünüzə qaytaracaqlar”.

Tanınmış journalist Azər Sarıyev: “Kişidən sağlığında pul qopara bilmədiniz, vəzifədən gedəndən sonra heç verməz. Yazdıqlarınızı oxuyub gülür e…”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev: “Əsas önəmli məsələ ölkədə sabitliyin qorunub saxlanılmasıdı ki, islahatları davam etdirmək mümkün olsun. Sabitlik qorunub saxlanılmayacağı təqdirdə ölkədə islahatları davam etdirmək mümkün olmayacaq. Sabitlik pozulacağı təqdirdə nəinki islahatları davam etdirmək mümkün olmaz, hətta ölkə tamamilə məhv ola bilər”.

Jurnalist Anar Gəraylı: “Bayaq Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun köməkçisi işləyən Əli İbadovu gördüm. Üzümü çevirdim ki, məni görüb utanmasın, cavan adamdı”.

Keçmiş Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ilk sədri, Xəzər Universitetinin dosenti, təhsil eksperti Vurğun Əyyub: Azərbaycanda tələbə qəbulu test sistemi ilə keçirilməyə başlanan vaxtdan bəri tələbə qəbulunda şəxsi maraqlarından çıxış edənlər dəfələrlə, ya tətbiq olunan sistemin ləğvi, ya da şəxsi maraqlarının ödənilməsi istiqamətində çalışıblar”.

“Yeni cag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Dostluq təklifi atırlar, qəbul etmirsən. İnboxa yazırlar, pirlərinin kəramətinə bələd olduğundan görməzdən gəlirsən. Ən son şəhərdə görüb, zəhləni töküb, zorla dostluqlarını təsdiqlədirlər. Bununla da mərəkə başlayır. Gah sənə bir əmma qoyurlar, gah kimsə nəsə yazanda ona ağıl öyrədirlər. Bir dəfə xəbərdarlıq edirsən, iki dəfə deyirsən. Görürsən ki, adamların eqosu özünü axrıncı yola qoyub. Göndərirsən bloka ki, get istidə kondisionersiz yerdə qal, ağlın başına gəlsin...”.

“İstiqlal.az” saytının baş redaktoru Qadir İbrahimli: “Kiçik kollektivlərdəki yaltaqlar daha iyrənc görünürlər”.

Politoloq Nəsimi Məmmədli: “Terrorun məqsədinə nə dərəcədə çatması, adətən dövlətlərin siyasi-hüquqi formasından da asılıdır”.

Jurnalist Tural Ismayılov: “Hər gün keçiddə dilənən cavan oğlana baxıb, düşünürdüm ki, görəsən, bir insan hansı faciədən sonra dilənmək kimi asan bir üsula imza atır? Özümü yormayıb, bu gün həyatı haqqında soruşdum. Qardaş bildiyin mırta dilənir, özü də Bukovskinin kitablarını oxuyur, Sartr fəlsəfəsi ilə maraqlanır, “iPhone” işlədir, axırda gördüm ki, mən hələ də maaş almamışam, dilənçi isə intellektual söhbətlər edirəm”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Platonik sevgi yaşamayan insan varsa, mən ona şübhə ilə yanaşaram”. 

Rep ustası Anar Nağılbaz: "Bəzən işləməkdən, ailə həyatından yorulub, intihar həddinə çatıram”.

Jurnalist Anar Gəraylı: “Trampın FBI-ın rəhbəri təyin elədiyi Kristofer Vrey Fətullah Gülənin Bank Asya`sını beynəlxalq bazara çıxaran şirkətin ortağıdıdır. Gülən hər yerdə…”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Sıravi müsəlmanlar bir qırağa, hər dəfə ilahiyyatçılarla danışanda görürəm ki, Quranı bilmirlər. Ay Allah, 600 səhifəlik cansıxıcı, bezdirici, təkrarlarla dolu kitab "göndərmisən", bəndələrin canlarını dişlərinə tutsalar da, oxuya bilmirlər. İcazə ver, onu normal redaktə edim, mənasız təkrarları çıxarım, 50 səhifəlik rahat oxuna bilən kitaba çevirim. Qonorar lazım deyil”.

“Savash.org” saytının baş redaktoru Zülfüqar Savaş: “Adamların çoxu heç özləri də bilmədən Darvini haqlı çıxartmaqla məşğuldurlar. Ki, biz həqiqətən meymundan əmələ gəlmişik…”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar