Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zakir Həsənovdan yararlanmağa çalışdılar”


"Bu gün Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov üçün balaca da olsa bir yubileydir"


"Düz bir il bundan əvvəl ölkə başçısının müvafiq sərəncamı ilə o bu posta təyin edildi. Bu müddət ərzində Silahlı Qüvvələrimizdə çoxlu sayda işlər həyata keçirilib. Çoxsaylı kadr islahatları, hərbi hissə və birləşmələrdə ştat dəyişiklikləri aparılıb və bu proses bu gün də davam edir". 

Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov özünün facebook səhifəsində yazıb.

O, müdafiə naziri Zakir Həsənovun bir illik fəaliyyətini daha sonra belə şərh edib: “Xatırlayırsınızsa, müdafiə nazirinin təyinatından düz bir ay müddətində biz Zakir Həsənovun fəaliyyətinə qiymət vermədik. Daha sonra isə, biz hörmətli müdafiə nazirin fəaliyyətində olan müsbət və mənfi addımlara kifayət qədər münasibət bildirdik.

Hardasa bizi başa düşənlər də oldu, olmayanlar da. Bu gün baxıram ki, ölkə mətbuatında bu haqda bir kəlmə də olsun yazan və danışan yoxdur. Əslində bu çox yanlış bir yanaşmadır. Çünki, bildiyim qədər, mətbuatın ən böyük missiyalarından biri də məhz güc strukturlarına ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı vacib olan məqamları gözləmək şərti ilə lazım olan köməkliyi göstərməkdən ibarət olmalıdır. Yəni, görülən işləri yetərincə təbliğ etmək, olan nöqsanları isə aradan qaldırmaq üçün səmərəli təkliflər vermək olardı.  Ədalət naminə deyək ki, tam başqa strukturdan Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən bir şəxs idarəçiliyinin ilk aylarında bir xeyli çətinliklərlə üzləşdi. Real vəziyyətdən xəbəri olmadığı üçün ətrafında olan bəzi şəxslər bu məqamdan kifayət qədər yararlandılar. Ən qısa müddətdə, elə şəxslər yüksək vəzifələrə təyinat aldılar ki, istər-istəməz cəmiyyətdə haqlı suallar verilməyə başladı ki, görəsən qəbul olunan qərarların hamısında müdafiə naziri kimi Zakir Həsənovun mövqeyi də nəzərə alınırmı?

Bu gün artıq 1 il müddət keçib və demək olar ki, müdafiə naziri özü bütün proseslərə şəxsən nəzarət edir və yavaş-yavaş hiss edilir ki, kənar müdaxilələrin sayı getdikcə azalır. Təəssüflər olsun ki, bu gün bəzi əliəyri və vicdanı natəmiz adamlar hələ də MN sistemində qalır və onlar altdan olsa da öz çirkin niyyətlərini həyata keçirirlər. İnanmaq istərdik ki, yaxın vaxtlarda MN-də daha da ciddi və sərt tədbirlərə əl atmaqla bir sıra kadr islahatları həyata keçiriləcək. Bunlar olmasa, hesab edirəm ki, bu 1 il ərzində görülən çoxsaylı yaxşı işlərə böyük bir kölgə salınmış olacaq. Hər halda, necə deyərlər bizdən demək, cənab müdafiə nazirindən isə dediklərimizə öz bildiyi kimi qiymət vermək qalır. 

Sonda isə, onu qeyd etmək istərdim ki, yaxın bir neçə gündə, müdafiə naziri təyin olduğu müddətdə general-polkovnik Zakir Həsənovun fəaliyyəti ilə bağlı çox geniş bir məcmuəni yekunlaşdırıb. Sizin diqqətinizə çatdıracağıq. Həmin icmalda siz indiyə kimi görülmüş bütün müsbət işlərlə yanaşı, buraxılan səhvlərdən və nöqsanlardan da xəbərdar olacaqsınız. 
Bizə güclü, hərtərəfli hazırlıqlı Silahlı Qüvvələr lazımdır.

Bu istiqamətdə kifayət qədər işlər görülüb və bu proses davam etdirilir. İctimaiyyət nümayəndələri olaraq, Qarabağ savaşının birbaşa iştrakçıları kimi biz də əlimizdən gələni edəcəyik ki, torpaqlarımızın yağı düşməndən azad olunması üçün yuxarı komandanlığa həm mənəvi, həm də fiziki dəstək olaq.

Azərbaycan Silahlı Qüvvələrinə işlərində böyük uğurlar arzusu ilə hər zaman yardımçı olacağımızı bir daha diqqətinizə çatdırırıq”.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar