Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yunanıstandakı vəziyyət Azərbaycana hər hansı problem yarada bilməz”


Yunanıstan iqtisadiyyatı yeni fondlardan məhrum olduğu üçün, daha da pisləşib. Banklar bağlanıb və nağd çıxarmalarına məhdudiyyət qoyulub


Ölkə rəsmiləri aylardır kreditorlarla vəziyyətdən çıxış yolu tapa bilmir. İyulun 5-də keçirilən referendum isə Yunanıstan vətəndaşlarının ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməsi, ölkənin kreditorlar tərəfindən irəli sürülən şərtləri qəbul edib-etməyəcəyi ilə bağlı olub.

İlkin nəticələrə görə, iştirakçıların əksəriyyəti  “xeyr” cavabını verib. Bu isə Yunanıstanın Avropa Birliyinin təklif etdiyi paketin, həmçinin kreditorlar tərəfindən irəli sürülən şərtlərin qəbul edilməməsi deməkdir.

Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir. Ölkədə müşahidə olunan gərgin vəziyyət, baş verənlər, dollar, avro kimi xarici valyutalara təsirsiz ötüşmür. Baş verənlərin fonunda manat hansı zərərləri görə bilər. Ümumiyyətlə, Yunanıstanda yaşananların Azərbaycan iqtisadiyyatına təsiri nə dərəcədə mümkündür?

Modern.az saytının suallarını Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb. Onun fikrincə, Yunanıstandakı vəziyyət bütün Avropa Birliyinə təsir edən amildir:  “Hansı dövlətin Yunanıstanla sıx iqtisadi əlaqəsi varsa, onlara birbaşa təsir edəcək. Amma ən çox təsir bank əlaqələri olan dövlətlərdə müşahidə ediləcək. Yunanıstanın Azərbaycanla ciddi ticarət əlaqələri yoxdur”.

Onun sözlərinə görə, Yunanıstanda baş verənlər hökumətin ucbatındandır: “Fikrimcə, ölkədə baş verənlərin əsas günahkarlarından birincisi hadisələri bu həddə çatdıran Yunanıstan hökuməti özüdür. Nəzərə alınmalı idi ki, ölkə iqtisadiyyatını külli miqdarda kredit hesabına qoruyub saxlamaq mümkün deyil”.

İqtisadçı bu cür hadisələrin valyuta bazarına təsirinin olduğunu düşünür:

“İstər-istəməz dünya valyuta bazarında oynayan dollar, avro, funt-sterlinq müəyyən qədər dəyişikliyə uğradığından ayrı-ayrı ölkələrə də təsirsiz ötüşmür. Ancaq bununla əlaqədar Azərbaycanda hansısa problemlər yaşanacağına inanmıram”.

“Dünya valyuta bazarında baş verən dəyişikliklər manatına məzənnəsinə necə təsir edəcək” sualına cavab olaraq, Vahid Əhmədov bildirib ki, hər şey bu gün, ya da sabah qəbul ediləcək qərardan asılı olacaq: “Çox güman ki, Avropa Birliyi danışıqları davam etdirəcək. Avropa dövlətləri, Avropa Birliyi mütəmadi olaraq Yunanıstana köməklik edib. İnanıram ki, bu gün də müəyyən qərarlar verib kömək edəcəklər. Yunanıstan dövləti inamlı addımlar atmalı, islahatlar aparmalıdır ki, problem yumşalsın. Əks halda 300 milyarddan yuxarı borcu olan dövlət çətin duruma düşə bilər”.

Azərbaycana gəlincə, parlament rəsmisi müstəqillik illərində ölkəmizin də çox çətin anlar yaşadığını, amma bu cür situasiya ilə qarşılaşmadığını vurğulayıb: “Müəyyən qədər xarici kreditlər almışıq, amma dövlətimiz hər zaman o kreditləri vaxtında ödəyib, əlavə problem yaranmasına imkan verməyib. Hazırda ölkəmizdə, ümumiyyətlə, xarici kreditlərdən çox az istifadə edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar