Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yubileyin mübarək, ana!“


“Məncə Allah onu planetdə sülhü qorumaq missiyasını yerinə yetirmək üçün göndərib”


 “Baku” jurnalının bu dəfəki sayı özəl olacaq. 

Bu jurnalın redaktoru, Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yer alıb. 

"Mənim üçün bu nömrə ən vacib, xoş və məsuliyyətlidir. O, Azərbaycanın birinci xanımı, dünyanın ən gözəl qadını, mənim anam və dostuma həsr edilib. Mənə ona olan səmimi hisslərimi sözlərlə ifadə etmək çətindir: böyük sevgi, hörmət, heyranlıq...
Həmişə onun qızı olduğum üçün qürur duymuşam. 

Bütün dünya onu gözəl və eleqant qadın kimi tanıyır. Onun özünün yaratdığı, mənə və bacıma, eləcə də həqiqi gözəlliyi, indivuduallığı və zərifliyi qiymətləndirən bir çox qadınlara böyük təsir göstərən təkrarolunmaz stili var. 

Amma onun bu zövqü özünü ancaq geyinmə qabiliyyətində göstərmir. O etdiyi hər şeydə hiss edilir. O, böyük enerji ilə özünün genişmiqyaslı layihələrini reallaşdırır, onun köməyinə ehtiyacı olanların ağrılarına ortaq olur. O, bu dünyanı gözəlləşdirir". 

L.Əliyeva qeyd edib ki, M.Əliyeva qərarlı, qorxusuz və yorulmazdır... Bu sıranı cəsur sözü ilə davam etdirmək olar. "Özümü tanıyandan anam həmişə, hətta ən kritik vəziyyətdə belə öz mövcudluğu faktı ilə belə sakitlik hissi yaradıb. 

Mən elə düşünürəm ki, Allah onu planetimizdə xeyirxahlığı qorumaq missiyasını yerinə yetirmək üçün göndərib. 

Hər birimiz öz anamızı sevirik. Bu çox xüsusi, heç nə ilə müqayisə edilməyən hissdir. Bu sevgidir - yaşından asılı olmayaraq uşaq üçün sonsuz qüvvə mənbəyidir".

Sonda isə o belə qeyd edib. "Bu gün də, uşaqlıqda olduğu kimi o mənim üçün dünyada ən əziz və gözəl insandır. Yubileyin mübarək, ana!".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar