Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoxsulların namizədi” İranı çaş-baş qoyub


Əhmedinejadın seçkiyə buraxılıb-buraxılmayacağı bilinmir


İranın keçmiş prezidenti Mahmud Əhmadinejadın prezident seçkisinə qatılmaq qərarı İranda çaşqınlıq yaradıb. Axı, ölkənin ali dini lideri Əli Xamenei onu ötən il bunu etməməyə çağırmışdı.

«The Financial Times» yazır ki, bu qərar 19 may seçkisində mərkəzçi prezident Həsən Ruhanini postdan uzaqlaşdırmağı hədəfləyən sərt xətt tərəfdarlarının işini çətinləşdirə bilər.

Düzdür, siyasi təhlilçilər Mühafizə Şurasının Əhmadinejadı seçkiyə buraxacağına şübhə edirlər. Amma yenə də onun bu addımı istənilən halda mühafizəkarlara problem yarada bilər.

Əhmədinejad çərşənbə günü qeydiyyatdan ötrü sənədlərini verəndən sonra deyib ki, «İran xalqının nökəridir»: «Hamımız proqres, ədalət və azadlıq uğrunda birləşməliyik. Gələcəyə böyük ümid bəsləməliyik».

Əli Xamenei isə hələ ötən il deyirdi ki, bir nəfərdən namizədliyini verməməyi istəyib, çünki bu, məqsədəuyğun deyil və İran siyasətini qütbləşdirə bilər.

«HƏDƏFİ ALİ DİNİ LİDERDİR»

2005-2013-cü illərdə prezident olmuş M.Əhmədinejad yoxsullar arasında populyardır. Amma 2009-cu ildə təkrar seçiləndə rejimə qarşı itaətsizlik baş verib, müxalifət onun kütləvi saxtakarlıqla qalib gəldiyini bildirib. O zaman Əli Xamenei prezidenti dəstəkləmiş, saxtakarlıq iddialarını rədd etmiş, öz baxışlarının digər siyasətçilərə nisbətən Əhmədinejada daha yaxın olduğunu dilə gətirmişdi. Amma sonra Əhmədinejad yenə də ali dini liderin qaydalarına əməl etmədi.

Çərşənbə günü sərt xətt tərəfdarları dərhal onun qərarını pisləyiblər. Keçmiş tərəfdarı olan İlyas Naderan Twitter-də yazıb ki, Əhmədinejadın sonu gəlir.

«Əhmədinejadın əsas hədəfi Həsən Ruhani deyil, ali dini liderdir. O bilir ki, seçkiyə buraxılmayacaq, amma özünü, ali dini lider dünyasını dəyişəndən sonra siyasi liderə çevrilə biləcək müxalifət lideri kimi aparır, gələcəyə sərmayə qoyur», – islahatçı xətt tərəfdarı olan təhlilçi deyir.

KARTOF VƏ UN

Əhmədinejad bu yaxınlarda «bəzi adamların təbiətindəki sülalə» xislətini tənqid etmişdi. Bu tənqidi çoxları 77 yaşlı ali dini lideri Ə.Xameneiyə hücum kimi yozdular.

Sərt xətt tərəfdarları nüfuzlu ruhani İbrahim Rəisini lider kimi görürlər. O, hələ rəsmi qeydə alınmayıb, amma bəziləri onun Əhmədinejad tərəfdarlarının dəstəyini qazanmaqdan ötrü populist siyasətə əl atdığını düşünürlər. Məsələn, Əhmədinejad parlament seçkisindən öncə yoxsullara kartof paylayırdı, Rəisi isə un paylayır.

Mühafizəkarlara yaxın siyasətçi Əmir Mohebbian Rəisinin sərt xətt düşərgəsindəki saysız problemləri üstələyəcəyinə şübhə edir: «Əhmədinejad öz maxinasiyaları ilə Rəisinin görünməsinə imkan verməyəcək. Əhmədinejadın qatılacağı seçki döyüş filminə bənzəyəcək ki, bunun da komediya, yaxud tragediyaya çevriləcəyi bəlli deyil».

ÇIXILMAZ DURUM

M.Əhmədinejad namizəd olmaq istəyini keçmiş vitse-prezident Həmid Bəqayini dəstəkləmək niyyətilə izah edib. Vaxtilə, 2013-cü ildə keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani də oxşar addım atmış, namizədliyi qeydə alınmamış, daha sonra seçki kampaniyasında Həsən Ruhanini dəstəkləmişdi.

«Stratfor» Təhlil Mərkəzi yazır ki, Əhmədinejad Mühafizlər Şurasını qəribə duruma salıb. Şura keçmiş prezidentin, yoxsa onun vitse-prezidentinin namizədliyini təsdiqləmək qərarını verməlidir. Əhmədinejad seçkiyə buraxılmasa, tərəfdarları Bəqayi ətrafında toplaşacaq. Heç birinin namizədliyi qeydə alınmasa, onları dəstəkləyən populist dairələr arasında itaətsizlik yaranar.

«Ən vacibi odur ki, onun namizəd olmaq istəyi İranın çıxılmaz siyasi durumda olduğunu üzə çıxarır. Xamenei 30 ilə yaxındır ölkənin siyasi sistemini idarə edir. Amma indi bu islam respublikasında nüfuz savaşına üç siyasi nəsil qoşulub – Əhmədinejad kimi populistlər, Rəisi kimi ənənəvi mühafizəkarlar və Ruhani kimi mötədillər», – «Stratfor»un təhlilində deyilir.(Azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar