Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoluxucu xəstəliklərin qarşısı alınıb”


"Bir çox ölkədə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb"


PİA.AZ APA-ya istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda epidemioloji sabitliyin qorunması sahəsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazanmaq mümkün olub.
 
İcbari tibbi sığortadan danışan nazir qeyd edib ki, neçə ildir, mətbuatda və cəmiyyətdə onun tez bir zamanda tətbiqi ilə bağlı çağırışlar səslənir: "İcbari tibbi sığortanın tətbiqi üçün güclü maddi-texniki baza lazım idi. Şərait, lazımi avadanlıqlar və s. olmadığı dövrdə tibbi sığorta tətbiq olunsaydı, uğursuzluqla nəticələnərdi. Ancaq bu gün belə problemlər yoxdur. Nəhayət, 2017-ci ilin yanvarında Yevlaxda və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihə kimi fəaliyyətə başlayır. Pilot layihənin uğurlu olması çox vacibdir, çünki onun nəticələrindən asılı olaraq bu sistem bütün ölkəyə tətbiq edilə bilər. İcbari tibbi sığorta tibbi xidmətin inkişaf etdirilməsi, keyfiyyətinin artırılması baxımından bizə hava-su kimi vacibdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar