Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoldaşımı bağışlamağıma bir ömür yetməz” - Zümrüd

Aktrisa Zümrüd Qasımova “Sənətsevər” verilişinin qonağı olub


Axşam.az-ın məlumatına görə, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa ağır günlərdən danışıb. O bildirib ki, arzularına çatmayıb:

“Arzulayırdım ki, 14 uşağım olsun, amma olmadı. Yerinə yetən tərk arzum aktrisa olmaqdır. Ana olmaq mənim üçün mümkünsüzdür. Bilərəkdən bundan imtina etdim. İstəmirəm uşağım mənim genlərimi daşısın. Bu mənim üçün problem deyil. Övladlığa uşaq götürmət istəyirəm. Çoxları deyir, təhlükəlidir. İstəyirəm böyük evim olsun və çox uşaq övladlığa götürüm.

Ailədə də həddindən artıq çox sevilirəm. Bəlkə də o sevgi məni belə güclü edib. Səni itirməyə qorxan, qısqanan biri olması gözəldir. Məni dəlicəsinə sevən həyat yoldaşım var. Qadın kimi xoşbəxtəm. 

Xəstəliyimi öyrənəndə özümü çətin toparladım. Hər zaman düşünürdüm ki, xəstəxanadayam, görəsən, yanıma kim gələcək? Və elə bir gün mənə gəldi çatdı... Xəstəxanaya tək getdim, həkimin cavabında 99 faiz bədxassəli şiş oxudum. Həmin anı yaşamaq dəhşətlidir. Yoldaşıma zəng etdim ki, xəstəyəm. Həkim dedi ki, kifayət qədər irəliləyib. Problemimlə tək qaldım. Çox çətin anlar idi. Yer üzündəki cəhənnəm xərçəng xəstəliyidir. Yoldaşım gəldi ki, səni sağaldacam. Xəstəliyimi öyrəndiyim gün yoldaşımla otelə getdik, şam yeməyi yedik. Dərdləşdik. Ölmək istəmirdim, 27 yaşım varıydı. Getdim Ankaraya, xəstəxanaları gəzdim ki, başqa diaqnoz qoyula. Hamı eyni şeyi dedi. Üç gündən sonra yoldaşım gəldi. Əməliyyatdan sonra anama dedim ki, xəstəyəm”.

Aktrisa şəxsi həyatından danışıb və həyat yoldaşı ilə tanış olmalarını xatırlayıb:

"Həyat yoldaşımı ilk dəfə görəndə dedim ki, o, mənim olacaq. O ailə qurmağı düşünmürdü. Çünki ilk ailəsi dağılmışdı. 8 ay onun arxasınca qaçdım, nəticədə əldə etdim. Deyirdi, heç kimi sevməyəcəm. Amma sevdi, 9 ildir yanımdadır. Bəzi şeylərə görə bağışlamadığım yeganə insan yoldaşımdır. Onu bağışlamağıma bir ömür yetməz. İnsan sevdiyindən çox şey gözləyir. 

Sağlam idim, ona dedim ki, birdən xəstələnsəm nə edərsən? Dedi, hər şey edərəm, hər şeyimi sataram. Dedim yenə sağalmıram. Dedi, ölməkdirsə, qanından vurub ölərəm. Elə məqam gəldi ki, mən həyatla çarpışırdım. Ona dedim ölərsən mənim üçüm? Bu suala verdiyi cavabı deməyim (kövrəlir). Ölməyini istəmirdim...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar