Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov


“Qarabağ” baş məşqçisi Qurban Qurbanov FutbolPress-ə futboldan kənar mövzuda müsahibə verib


PİA.AZ həmin müsahibəni təqdim edir:

Futboldan kənar Qurban Qurbanovu ən çox maraqlandıran məşğuliyyət hansıdır?

- Futboldan başqa yenə futboldur. Daha doğrusu, idman. Əlimə kiçik bir fürsət düşən kimi öz işimdən əlavə idman eləməyə çalışıram. Bu, futbol da ola bilər, yaxud fərdi şəkildə idmanın başqa növü. Bəzən kimsə özümə yoldaş tapıram. Stolüstü tennisi sevirəm. Ümumiyyətlə, hər zaman idmanın içindəyəm.

- Hansını səhvinizi yada salanda "gərək etməzdim" deyə düşünürsünüz?

- Konkret hansınısa deyə bilmərəm. Amma böyüklərə qarşı bir az çılğın davranmışam. Belə deyək, həmişə özümü haqlı çıxarmağa çalışmışam. Burda valideynləri nəzərdə tutmuram. Yaşda məndən böyük olan digər insanlar. Uşaq da olsam, haqqımı tələb etmişəm. Çılğın, aqressiv olmuşam. Hətta bəzən müəllimlərdən də haqqımı tələb edirdim. İndi onları yadıma salanda fikirləşirəm ki, düz etməmişəm. Amma o yaşda davranışlarım onlar üçün gözlənilməz və maraqlı olub.

- Hansı fənn sizi daha çox çəkirdi özünə?

- Riyaziyyata daha çox həvəsli idim. Müəllimlərim də çox razı idilər məndən. Hər dəfə anamı görəndə deyirdilər ki, ə”gər Qurban bu həvəslə, biliklə oxumasa, biz çox narahat olacağıq”. Ancaq get-gedə futbola sevgim o qədər çox oldu ki, elm qaldı arxa planda və tamamilə fikrimi bu sahəyə yönəltməyə başladım.

- Sükan arxasında sürəti sevirsiniz?

- Bəli, sürəti çox sevirəm. Yol polisləri məni çox saxlayıb. Son vaxtlar hədddən artıq çox tanıyırlar. Ancaq bəzən də elə olub ki, saxlayandan sonra kim olduğumu biliblər. Deyiblər ki, tanımadıq, üzrlü hesab et. Yəni bu dərəcədə yaxşı yanaşıblar mənə.

- Səhv sizdə də olsa?

- Həmişə səhv olanda saxlamayıblar. Bəzən yanlışlıqla baş verib. Ola bilsin, şübhələnib saxlasınlar, yaxud yoxlamaq məqsədilə. Təbii ki, dövlətin hər bir qanununa riayət etmək bizim borcumuzdur. Qaçdığım vaxt olmayıb. Nə vaxt işarə veriblərsə, saxlamışam. Amma belə, maşını sürətli idarə etməyi xoşlayıram.

- Xüsusi sevdiyiniz yeməklər varmı?

- Bəli. Plovu həddən artıq çox xoşlayıram. Quzu kababı sevimli yeməklərimdəndi. Yağlı, kalorili yeməklərdi əsasən. Ümumiyyətlə, evdə hazırlanan, öz milli yeməklərimiz xoşuma gəlir.

- Filmlərə münasibətiniz necədir?

- Hamı kimi “Kurtlar Vadisi”nə baxırdım. Onu çox bəyəndim. İndi “Eşkiya Dünyaya Hükümdar Olmaz” adlı serial gedir. Buna da əsasən saat uyğun gəlir deyə açıb baxıram. Ancaq xüsusi vaxt ayıra bilmirəm film izləməyə.

- “Kurtlar Vadisi”ndə sizin üçün hansı obraz maraqlı olub?

- Orda hansısa obraz yox, ümumi gedişat mənə maraqlı idi. Türklərin digər ölkələrə qarşı münasibəti, özlərini hazırlamağı, ölkəyə qarşı nələr planlaşdırılır – bu şeylər daha çox diqqətimi çəkdi. Hansısa obrazı xüsusi fərqləndirməmişəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar