Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni başqanla onun yolu düz gəlməz...“


AXCP-dən istefa verən partiya sədrinin müşaviri Şakir Abbasov “Yeni Müsavat”a müsahibə verib


PİA.AZ həmin müsahibəni qısa ixtisarla təqdim edir: 

- İstefa qərarı verməzdən öncə AXCP sədri Əli Kərimli ilə bu barədə danışdınızmı? 

- Əvvəllər onunla söhbətimiz olmuşdu. Amma o da hərəkatda çox soyuq adamdır. Gördüm bu yol onluq deyil, bu, ağır yoldur. 

- Özünə dedinizmi ki, daha biz bu yolu birgə gedə bilmərik?

- Olub, elə bir söhbətimiz olub. Dedim ki, bu yol belə çox getməyəcək.  

- Son dəfə nə vaxt görüşmüsünüz? 

- 1-2 ay olar. Bilmirəm hansı tədbirdəydik, salamlaşdıq. Bir də sonuncu mitinqdə gördüm. 

- Mitinqin istefanıza təsiri nə dərəcədə oldu? 

- Yox, mitinqin təsiri olmadı. Mən həmişə aksiyalara gedirdim.  

- Əli Kərimli sizə “getmə” dedimi? Soruşdumu ki, niyə gedirsiniz? 

- Axı fakt tapa bilmir. Bilir ki, mən hərəkatda təmənnasız yol gedən olmuşam. O, hamısını yaxşı bilir. Mən onu yaxşı görürəm, o da məni. Durum ona nə deyim? 

- Bəs, sizə “yaxşı yol” dedimi?

- Yox. Sadəcə olaraq dedi ki, sənə çox böyük hörmətim var, mübarizsən. Dedim vallah, mən bu yolu bu cür getmək istəyirəm. Arzum budur ki, bu yol tamamlansın. Dəfələrlə mövqeyimi bildirmişəm. Partiyada açıq demişəm ki, bilmirəm siz kiminlə mübarizə aparırsınız, Müsavatla, yoxsa bu rejimlə? Bir baxın Türkiyədəki proseslərə. Mən çox istədim bunları barışdırım. Amma təəssüf ki, elə adamlar var çox yerlərə işləyirlər. Ona görə də mümkün olmadı. 

- Mitinqdə Müsavat rəhbərliyinin tribunaya dəvət olunmaması şəxsən sizə necə təsir elədi? 

- Mən elə o tərəfdə durmuşdum. İsa bəyin gəlişini çox yüksək qiymətləndirdim. Çünki mitinq həbs olunanlara aid idi. İsa bəygil sadə insanlar kimi gəlmişdilər ki, məhbusların hüquqlarını müdafiə etsinlər. O mitinqdə mən də Cəmil Həsənliyə, ya filankəsə görə getməmişdim. Bəziləri türmədə yatmayıb, bilmirlər məhbusluq nə deməkdir. Mən hələ Kürdəmir türməsini demirəm, Bayılı, 5-ci korpusu, “ölüm korpusu”nu deyirəm. Kameradakı 4 adamdan ikisi ayaq üstə duranda ikisi oturmalı idi, gəzmək imkanı yox idi. Sovetlər dövründə Bayılın bir günü 3 gün sayılırdı. Mitinq də məhbuslara həsr olunmuşdu. Əlbəttə ki, İsa bəygilə belə münasibət həbsdə yatanlara da xoş təsir edə bilməzdi. Bu adam haqqı müdafiə etməyə gəlib. O adamlar tutulmasaydı bunlar nə üstə ixtilaf aparacaqdılar? Dəfələrlə özlərinə dedim. Dedim gəlin körpüləri bu dərəcədə yandırmayın, axı sabah bir barışıq, üz-üzə gəlmək yolu lazım olacaq. Yoxsa, sən filankəsin adamısan...

Dedim məni də ittiham edirsiniz, nəyə işləmişəm? Gəlin mənim də yaşayışıma baxın... Mən bu saat çardaqdan sizinlə danışıram. Niyə bu insanlara böhtan atırlar? Mənim üçün bu gün maraqlı olan nə AXCP, nə Müsavatdır, mənə maraqlı olan zəlil millətdir. Gəlin milləti, gedən torpaqları düşünək. Baxın, görün millətin üzündə təbəssüm varmı? Siz kimin sifarişinizlə bir-birinizlə çəkişirsiniz?

- Sizin istefanıza AXCP-dən müxtəlif reaksiyalar verilib. Təşkilat şöbəsinin rəisi Rafiq Daşdəmirli deyib Şakir Abbasov qurultaya hazırlıq üzrə konfransdakı səsvermədə uduzduğuna görə istefa verib. Sədr müavini Fuad Qəhrəmanlı sizin sıravi üzv olduğunuzu, müşavirlikdən çıxarıldığını  deyib. Bildirib ki, bu istefa elə də böyük hadisə deyil. Bu deyilənlər doğrudurmu?

- Əvvəla, adını konfrans qoysaq, əgər mən ora yarım saat gecikmişdim. Orda 5-10 nəfər idi, bir evə yığışmışdılar. Əmrulla Dadaşzadə var, Elçibəyin dövründən bəri ordadır,  1 ha torpağı var. 67 yaşı var, bir qrup adamlarla əlbir olub, bu işlərlə məşğuldur. Sadəcə, mən gələnə kimi bu məsələlər həll olunmuşdu. Mənim yerimə Ali Məclisə seçilən adama baxdım, Bayram adlı qarovulçudur. Adamın məsələsinə baxanda gərək şəxsin özü orda olsun. Mən ünvanı tanımadığım üçün ora 20 dəqiqə gec gəlmişdim. 

- Siz ora müşavir kimi getmişdiniz?

- Mən Xəzər rayonunda yaşadığım üçün rayon konfransına getmişdim, həm də müşavir kimi getmişdim. Sonradan mənə dedilər sənin əleyhinə heç kəs səs vermədi. Hətta deyiblər bu, nə oyundur belə? Mənim müşavirlikdən çıxarılmağım haqda heç bir məlumatım yoxdur, çıxarılmamışam da. Varsa, da ortaya sənəd çıxartsınlar.  

- Partiyadaşlarınızın sizin haqqınızda aşağılayıcı münasibət bildirməsindən təəssüflənmirsiniz ki? 

- Onlar kimin dalınca danışmayıblar ki? AXCP özəlləşdirilib.

- Kim tərəfindən?

- Elə orda oturan bir qrup adamlar. 

- Əli Kərimlidən söhbət gedir, yoxsa ətrafındakılardan? 

- Elə hamısı bir yerdədir. Ora şəxsi mülk kimi baxılır. Ona görə də ürəyim ağrıyır ki, gör Elçibəyin partiyası nə günə düşdü.  

- Bundan sonra harda fəaliyyət göstərəcəksiniz? 

- Bəyanatımda yazdığım kimi yenə də demokratiya yolunda varam. Amma hər halda təmiz əqidə ilə millətin yolunda mübarizə aparan insanların yanında olacağam.  

- Partiya mənsubiyyətiniz olacaqmı? 

- Yəqin ki, olacaq.

- Müsavat Partiyasında dəvət olsa, gedərsiniz? 

- Əlbəttə, gedərəm, niyə getmirəm? Ona görə ki, mən Müsavat Partiyasının  apardığı xətti də, yolu da, onların işini də görürəm. Müsavatın qurultayına da getmişdim. Qurultaya gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmisən? Dedim necə yəni, bəlkə düşmən qapısına getmişəm. Dəvətnamə veriblər, çağırıblar getmişəm. Məndən başqa da orda adamlar var idi. 

- Əli Kərimli Müsavatı qurultay və yeni başqan seçkiləri ilə bağlı təbrikdən də imtina etmişdi...

- Yeni başqanla onun yolu düz gəlməz axı. Kim kimə işləyir, aydındır da. Yeni başqan çox mübariz yollar keçib, elə-belə adam deyil. Yeni başqan yatıb çıxmış adamdır, hər yerdə sözünü kişi kimi üzə deyən şəxsdir. Nə isə...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar