Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Maydan” başlayır? - Ukraynalı politoloqdan şərh


Son günlər Ukraynada siyasi gərginlik pik həddə çatıb


Gürcüstanın və Odessa vilayətinin sabiq rəhbəri Mixail Saakaşvilinin saxlanılması ilə başlayan etirazlar davam edir. Narazı kütlə Ukraynanın hazırki hakimiyyətini devirməyə çalışır.

Ukraynalı politoloq, Siyasi analiz və menecment üzrə Ukrayna İnsititutunun rəhbəri Ruslan Bortnik ölkəsində baş verən hadisələri AzVision.az-a eksklüziv şərh edib.

R.Bortnik bildirib ki, Ukraynada yaşananlar hakimiyyət uğrunda baş verən mübarizənin bir hissəsidir. Onun sözlərinə görə, Saakaşvili Ukraynada o qədər də populyar siyasətçi deyil: "Onun reytinqləri düşünüldüyü kimi elə də yüksək deyil. Saakaşvili Poroşenko əleyhinə, hakimiyyətə qarşı etirazın simasıdır. Bir daha qeyd edim ki, bu, hakimiyyət uğrunda mübarizənin bir hissədir. Cəmiyyət arasında hakimiyyətin, Poroşenko rejiminin nüfuzunu aşağı salmağa çalışırlar. Ölkədəki qeyri-sabitlik müxalifətin xeyrinədir. Hadisələrin bundan sonra necə cərəyan edəcəyini demək olduqca çətindir. Bütün bunlar hakimiyyətin və ya müxalifətin konkret olaraq hansı addımlar atacağından asılıdır".

Politoloq hesab edir ki, Saakaşvili azadlığa çıxsa da, Kiyevdə etirazlar davam edəcək. Buna baxmayaraq Ukraynada "Yeni Maydan" olmayacaq. 

"Hazırda baş verənlər Ukrayna müxalifətinin xeyrinədir. Onlar yaranmış vəziyyətdən hakimiyyətə qarşı istifadə edirlər. Çünki hakimiyyət bununla Qərbin, cəmiyyətin dəstəyini itirir. Hazırki durum bu prosesdə iştirak etməyənlərin xeyrinədir. Bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək. "Yeni Maydan" isə məncə, baş tutmayacaq"- R.Bortnik vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Ən çox oxunanalar