Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yazdı ki, mahnıya görə sevgilimdən ayrıldım” - Günay


“Qızın biri yazıb ki, bu mahnı çıxan günü ona qulaq asıb sevgilimdən ayrıldım. Camaatı ayırmışam. İstəmərəm ki, ayrılıqlar olsun. Ancaq təəssüf ki, bu, bizim əlimizdə deyil”


Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "ARB Ulduz"un "Şou məkan" verilişində deyib. 

Sənətçi "Addım-addım" mahnısından danışıb:

“Addım-addım” mahnısına ilk dəfə sevgilimlə bir yerdə qulaq asmışdıq. Dedi yox, bunu oxuma. Burada yazır ki, addım-addım uzaqlaşıram, sənə yadlaşıram. Düşər-düşməzliyi olar. Elə oldu ki, mahnını oxudum və onu sevən insanlardan birincisi elə o oldu. Dedi ki, çox adam deyəcək ki, ayrılıblar. Dedim qoy desinlər, göz qaytarırıq”.

G.İbrahimli stilini dəyişmək qərarına gəldiyini deyib:

“Düşünürəm ki, ifaçı daim dəyişilməlidir. Uzunsaç, bir ara saçımı boz rəngə boyadım. Yayda imicim necə olacaq, bunu artıq fikirləşmişəm. Məni başqa bir mahnı, klip və imiclə görəcəksiz. Bilirəm ki, məndən sonra hamı həmin imicdən edəcək".

Müğənni inanclara inandığını da deyib:

“Qonşumuzda bir qadın var, həmişə qabağıma çıxanda mən evə qayıdıram. Çünki yoluma davam edəndə başıma mütləq nəsə gəlir. Göz, nəfs var. Əslində mən fala inanmıram. Düzdür xoşum gəlir, maraqlıdır qəhvə falı. Qəhvə falıma baxıblar deyiblər ki, təyyarə görünür burda. Uçacaqsan. Harasa gedirsən? Deyirəm, yox. Elə olub ki, bir plan çıxıb, səfərə getmişəm, orda düşünmüşəm ki, bunu mənə demişdilər. Evdən də, maşınımdan da cadu tapmışam. Bunlar normal şeylərdir. Məni istəməyənlərə isə quzu kəsərəm. Məni hamının istəməsi normal olmaz ki... Heç sevməyin, mənə belə də xoşdur. Əsas odur ki, mən sevirəm. Həyat sevində gözəldir. İnsan həyatı, ətrafını, dostlarını, sevgilisini sevməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar