Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaxın gələcəkdə İranla İsrailin sıx əməkdaşlığının şahidi olacağıq” - Araşdırma





Xodakov İqor, tarix elmləri namizədi

«Военно-промышленный курьер», 07.03.2018


Oxycularımıza təqdim etdiyimiz yazı Rusiya teleaparıcısı Maksim Şevçenkonun “Военно-промышленный курьер”-də dərc edilmiş “Иран готов и экономическому чуду, и к войне» müsahibəsinə (https://www.vpk-news.ru/articles/40897) cavab kimi yazılsa da, qonşu İranda və bölgədə gedən mürəkkəb geopolitik proseslərin obyektiv tərzdə incələnməsi baxımından maraqlıdır.

İran Rusiyanın Yaxın Şərqdə təbii tərəfdaşıdır. Lakin bölgədəki mövqeyi nə dərəcədə möhkəmdir? İslam Respublikasının özündə durum nə qədər sabitdir?

Bu yaxınlarda həm Tehranı, həm də ölkənin başqa şəhərlərini sarsıdan etiraz aksiyalarının işığında olduqca aktual suallardır. İranda xeyli xalq yaşayır və onların Tehranla münasibətləri heç də rəvan deyil.  

…Vaşinqtonun Yaxın Şərqdə əsas müttəfiqi kürdlərdir. Onların güvənlik qüvvələrilə toqquşmaları əsasən İran Kürdüstanı ərazisində baş verir. İranda bir neçə kürd partiyası fəaliyyətdədir. Ən nüfuzluları haqda bir neçə kəlmə. “Kürdüstan azad həyat partiyası” o cümlədən silahlı mübarizə yoluyla da muxtariyyətə nail olmağı qarşısına məqsəd qoyub. Şübhəsiz, onun sərəncamında hərbi bölmələr var və 2011-dəki barışıqla bağlı İran ərazisindən çıxarılıb. “İran Kürdüstanı demokratik partiyası”nın ölkədə nüfuzu ondan az deyil. Onun qurucusu Qazi Məhəmməd uzaq 1946-cı ildə SSRİ-nin patronluq etdiyi Mehabad Respublikasının yaradıldığını elan edib. İndiki mərhələdə Partiyanın BMT-də təmsilçiliyi var və Tehranla konstruktiv münasibətlər qura bilib – bunu “Kürdüstanda azad həyat” tərəfdarları haqda demək olmaz. İraqın Ərbil şəhərində mənzil-qərargahı olan “Kürdüstanın azadlığı partiyası” da var, silahlı bölmələri orada əsaslanıb. Bir sözlə, kürdlər Tehranın çoxdankı başağrısıdır.

Jurnalist sünni bəlucları xatırladıb, amma bircə qeyd etməyib ki, bu xalq əsrlər boyunca müstəqillik uğrunda mübarizə aparıb. O, İrandan savayı həm də Əfqanıstan və Pakistan ərazilərində yaşayır. O, Pakistan dağlarında faktiki müstəqil dövlət qurumu yaratmağa nail olub. Əfqanıstan haqda heç danışmaq da lazım gəlmir – bu ölkə ancaq xəritədə mövcuddur. Təəccüblü deyil ki, bəluclar həm taliblərin, həm də “əl-Qaidə”nin maraq dairəsində olurlar. Onlar İranda da dinc həyatdan uzaqdır və müstəqil “Böyük Bəlucistan” qurmağa can atırlar.

Qeyd edim ki, bu xalq İran üçün strategiyaca önəmli cənubi-şərqi və habelə ABŞSəudiyyə Ərəbistanının maraq zonası olan Fars körfəzinə çıxışı tutub ki, bu da vəziyyəti ancaq kəskinləşdirir.

Sünni ərəbləri də hesabdan silməyinə dəyməz. Onlar şiə vaizi Nimra ən-Nimranın edamıyla aranı daha da qızışdıran ər-Riyadın yardımına söykənərək Xuzistan əyalətində farslara qarşı əsil partizan savaşı aparırlar. Vaizin edamı İranın bir sıra ərəb ölkələrilə, o cümlədən, əlbəttə, Tehranda qəzəblənmiş kütlə səudların səfirliyini hücumla ələ keçirəndən sonra Səudiyyə Ərəbistanıyla  diplomatik münasibətlərin kəsilməsinə səbəb olub. Bir də bütünlükdə İranın sünni düynyasıyla mürəkkəb münasibətləri var. Vladimir Sajin və Yuri Bondar sanbalı “İran İslam Respublikasının hərbi gücü” əsərində qeyd edirlər: “İranın tarixçi alimləri açıqca bildirirlər ki, ərəb ölkələri İran üçün potensial düşmənlərdir”.

Nəhayət, Azərbaycan separatçı hərəkatı var. Bunlar iranlılardan sonra dövlətdə sayca ikinci xalqdır. Onun Qərbdə əsaslanan bir sıra partiyaları var. Başqa məsələdir ki, İran azərbaycanlıları da böyük əksəriyyətlə şiədirlər və indiki mərhələdə ölkənin saxlanmasına can atırlar. Xatırladıram: ayətullah Xomeyninin yaxın silahdaşı və İranın üçüncü prezidenti Əli Xamenei etnik azərbaycanlıdır. Ümumiyyətlə, İranda məskunlaşmış iki böyük xalqın münasibətləri hələlik tamamilə dincdir, amma sonra nə olacağını konkret söyləmək mümkün deyil – xüsusən də Tehranın Bakıyla mürəkkəb münasibətləri şəraitində. Vətən ərəbşünası və afrikaşünas, Rusiya EA Afrika İnstitutuna 25 il başçılıq etmiş akademik Aleksey Vasilyevin sözlərinə görə, Bakı hələ altı il qabaq “İsraildən milyardyarım dollarlıq silah alışı haqda anlaşmaqla İranın qəzəbini doğurub”. Lakin Bakı Təl-Əvivlə hərbi sahədə əməkdaşlığı davam etdirir.

Sajin və Bondarın yazdıqları kimi, son hesabda “çağdaş İranda daxili-siyasi durum mürəkkkəb kimi dəyərləndirilir, sabitsizləşdirici iki amili aydın şəkildə ayırmaq olar: 1. Ölkənin hakim dini-siyasi çevrələrindəki parçalanma, 2. Silahlı mübarizəyədək aktiv fəaliyyətə hazır olan rəngbərəng müxalifətin varlığı”. Burada artıq “ayaqüstə möhkəm durmaq” haradandır?

“Qeyri-islam dünyasındansa İslam dünyası daha mədəni və savadlıdır”. Razılaşın, bir qədər qəribə ifadədir. Qeyri-islam dünyasındansa islam dünyası məhz hansı sahədə daha mədəni və savadlıdır? Və müəllif deyilənlərlə nəyi nəzərdə tutur? Bəlkə, təhsil səviyyəsini? Təməl elmləri? Sözsüz, İran respublikanın ruhani başçısının hələ 2010-da dürüst ifadə etdiyi “Elmi cihad” strategiyasını ardıcıl şəkildə gerçəkləşdirərək təəssürat doğuran uğurlara nail olur. Bu haqda oxunan materiallardan İran məktəblilərinin fizika-riyaziyyat olimpiadalarında tutduqları yüksək yerlər haqda məlumatlar daha çox təəssürat doğurur. İranın gərəkən dəyərini vermək lazımdır – hətta sanksiyaların ifrat sərt və Qərb dünyasının basqısı şəraitində də təməl elmlərin inkişafı və orada pulsuz və əhalinin bütün zümrələri üçün əlyetən olan məktəb təhsilinə vəsaiti əsirgəmir. Ali təhsil müəssisələrində ödəniş sırf rəmzi xarakter daşıyır. İranın keçmiş Rusiya səfiri Rza Səcadinin sözlərinə görə, maraqlıdır ki, indiki mərhələdə universitet divarları arasında gənc oğlanlardansa təhsil alan qızlar daha çoxdur. Bax, bu da sizə İslam Respublikasında qadınların hüquqlarının boğulması. Ölkədə hələ 2009-da elmə xərclərin ÜDM-in dörd faizinə çatdırılmasını nəzərdə tutan 20 illik plan qəbul edilib (müqayisə üçün: Azərbaycanda bu göstərici 2%-dən bir qədər artıqdır və təbii ki, yeri gələndə ağız büzdüyümüz İranla dünyada analoqu olmayan Azərbaycanın ÜDM-lərini tutuşdurmağına dəyməz-tərc.).  İran onun inkişaf tempinə görə dünyada birinci yerlərdən birini tutur. Farslar elə həmin il nüvə və kosmos dövlətləri klubuna daxil olublar – ikipilləli “Səfir-2” daşıyıcı raket ilk milli “Ümid” YSP-i yerətrafı aşağı orbitə çıxarıb. Hərbi ekspert, Yaxın Şərq üzrə mütəxəssis Vladimir Yevseyevin yazdığı kimi, bununla yanaşı, İran nüvə proqramı təkcə “ölkənin bütün resurslarının son dərəcə gərginləşməsinin” deyil, həm də Rusiya, ÇXR, İtaliya və başqa ölkələrin yardımının nəticəsi olub.

Sirr deyil ki, İranın bölgədəki əsas antoqonisti İsrail də (təməl elmlərin inkişafı nəzərə alınmaqla) bu cür hərəkət edir. Buna görə də hesab edirəm ki, bu iki ölkə artıq yaxın gələcəkdə qarşılıqlı münasibətləri heç də həm bu, həm də o biri tərəfdən ancaq radikalların bəyanatlarında saxlanılacaq qarşıdurma ilə deyil, dialoq yoluyla quracaq. Vasilyev də bundan danışıb: “İran və İsrail arasında geopolitik və geoiqtisadi baxımdan dəfedilməz ziddiyyətlər (ayrıntı mənimdir-İ.X.) yoxdur. Hər iki tərəf mövqelərin, öz gücünün saxlanmasında, gələcəkdə isə şah dönəmində olduğu kimi əməkdaşlıqda maraqlıdır. İranın ifrat mühafizəkar rəhbərliyi sionimzə qarşı çıxış etsə də, holokostu və s.-i inkarlasa da, hər iki ölkənin döyüşkən ritorikası daxili istehlak, hakim siyasi qüvvə və rejimlərin möhkəmlənməsi üçün nəzərdə tutulub”.

“Elm cihadı”nın uğurları haqda: sünni dünyasında islam fəlsəfəsi və iradə azadlığı, Tanrını dərk və s.-nin inkişafında xeyli dərəcədə sərhəd qoymuş ibn-Təymiyyənin ideyaları xeyli dərəcədə üstünlük təşkil edirsə və uyğun olaraq təməl elmlərin də tərəqqisində sərhəd qoyulursa, şiə İranında durum prinsipcə özgə cürdür. “Elmi cihad” orada ilahiyyatçıların xeyli hissəsinin dəstəyini tapır. Sözgəlişi, onların çoxu vətəndaş, o cümlədən qadın hüquqlarına dair azadlıqların genişləndirilməsi uğrunda çıxış edir.

Bir neçə kəlmə İranın müdafiə bacarığı haqda. Şəksiz təəssürat doğuran elmi uğurlara baxmayaraq, Şevçenkonun sözlərinə görə, “İran ordusu texnologiyaca Qərb ölkələrindən güclü şəkildə geridə qalır”. Burada habelə etirazsız və örnək üçün İranın 2013-cü ilin yanvar hərbi paradında nümayiş etdirilən “Zülfüqar-3” tankının TTX (taktiki-texniki xarakteristika-tərc.) və deyək ki, İsrailin “Merkava Mk4” tankınınkıyla tutuşdurmaq kifayətdir. Bundan savayı, Suriyada hərbi əməliyyatların gedişində İslam Rspublikasının silahlı qüvvələrinin şəxsi heyətinin yüksək səviyyəli hazırlığı haqda əvvəllər dəfələrlə səslənmiş bəyanatlar hərbi ekspertlər tərəfindən şübhə altına alınıb. Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin araşdırılması Mərkəzinin direktoru Semyon Baqdasarov müsahibələrin birində qeyd edib: “İran xüsusi təyinatlılarının döyüş bacarığı … bütünlükdə çox da yüksək deyil… Nə qədər ziddiyyətli olsa da, iranlıların hazırlıq səviyyəsi Tehranın dəstəklədiyi Livan “Hizbullah”ınınkından aşağıdır. Bununla belə, farslar o cümlədən rusiyalı həmkarlarıyla qarşılqılı fəaliyyət sayəsində döyüş təcrübəsi qazanıblar”.

İran Rusiya ilə yaxınlaşmağa məcburdur, amma Türkiyə ilə hərtərəfli müqavilə bağlasa, bizimlə dostluğu ikinci dərəcəli olacaq”.

Birincisi, dövlətlər arasında prinsipcə ola bilməyəcək dostluğu qarşılıqlı səmərəli əməkdaşlıqla qarışdırmağına dəyməz. Və doğrudanmı, Maksim Leonardoviç gerçəkdən hesab edir ki, onun dediyi kimi, bizdənsə Ankara ilə “hərtərəfli müqavilə” Tehrana xüsusən silah tədarükü sahəsində daha çox fayda gətirər? Bundan başqa, bu iki ölkənin münasibətləri olduqca qəliz biçimlənir. Amerika analitiki Daniel Paypsın sözlərinə görə, “İndiki liderlər – Əli Xamenei (İran) və Rəcəb Tayib Ərdoğan (Türkiyə), demək olar, mütləq hakimiyyətdən istifadə edirlər… Hər iksi dünya müsəlman birliyinə başçılıq etməyə və ola bilsin, nə zamansa özünü xəlifə elan etməyə can atır”.

Əlbəttə, sonuncu az ağalabatandır və özlüyündə polemik jurnalist üsulundan savayı heç nə ifadə etmir. Amma Payps bir məsələdə şübhəsiz haqlıdır – “hər iki ölkə qədim sivilizasiyaların beşiyidir və özlərinin imperiya tarixlərilə fəxr edir”.

Belə bir keçmiş isə xalqın idrak arxetipini, millətüstü məsih ideyaları hopdurulmuş mədəni kodunu da xeyli dərəcədə müəyyən edir. Xilafət haqda xülya bu mənada nə türklərə, nə də farslara yaddır, lakin, təkrar edirəm, çətin ki, həyata keçirilsin. Bu, istənilən halda bölgədə “fövqəl” önlüyə iddia edən dövlətlər arasında əməkdaşlıqdansa daha çox rəqabət doğuracaq. Özü də İranın buna daha çox əsası var. Bundan başqa, Birləşmiş Ştatlar onların qarşılıqlı səmərəli əməkdaşlığına heç vaxt yol verməz. Ərdoğanın Ağ Evə nisbətdə şəxsi müxalifliyinə baxmayaraq özünü Qərbə möhkəm bağlayıb və ondan asılıdır. Ankara və Tehranın beynəlxalq səhnədə qarşılıqlı münasibətlərindəki çətinlikləri də unutmağına dəyməz. Onlar xüsusən də Suriya və Yəməndə bir-birinə qarşı vuruşan müxtəlif tərəfləri dəstəkləyirlər. Bununla belə, “əbədi rəqabət”ə baxmayaraq, iki ölkənin hərbi əməkdaşlığı deklarativ xarakter daşısa da, var, bu isə, əslində, yeganə məqsədlə şərtlənib –  müstəqil Kürdüstanın yaradılmasına yol verməmək üçün. Əslində, bu mövzu Türkiyə Baş Qərargah rəisi Hulusi Akarın bu yaxınlarda Tehrana səfərinin və iranlı həmkarı Məhəmməd Baqirinin cavab səfərinin əsas predmeti olub. Görüşlərdə silah tədarükü kimi təməl məsələlərə toxunulmayıb. Söhbət təhsil sahəsində təcrübə mübadiləsi, perspektivdə birgə təlimlər keçirməkdən gedib. Lakin bu, örtüdən artıq bir şey deyil, danışıqların əsas predmeti Kürdüstanın müstəqilliyinə yol verməməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar