Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşıl soyqırım“ başa çatacaqmı?


Əsasən icra başçılarının şərait yaratdığı bu insanlığa zidd hərəkətlərin qarşısını almaq üçün daha nə lazımdı?


Son zamanlar Bakı şəhərində tez-tez “yaşıl soyqırım” baş verir. Paytaxtın ən müxtəlif massivlərində böyük yaşıllıq zolaqları bir gecənin içində məhv edilir, yerində yaşayış binaları və ya iaşə obyektləri tikilir. Sakinlər buna nə qədər istəsələr də mane ola bilmirlər. Çünki ağac terrorçularının arxasında dövlət məmurları dayanır. Ya da məmurlar – hüquq mühafizə və icra hakimiyyəti orqanları qanunların arxasından qaçırlar.

Paytaxtda “yaşıl soyqırım” o həddə çatıb ki, buna prezident İlham Əliyev də reaksiya verib. Aprelin 13-ü Nazirlər Kabinetində keçirilən müşavirədə Bakıda ağacların kütləvi şəkildə qırılması məsələsinə ölkə başçısı kəskin mövqe bildirib. Sitat: “Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm.

 Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Xatırladaq ki, bundan əvvəl də prezident ağac kəsənlərə barmaq silkələyib. Prezident 2010-cu ilin mayında keçirdiyi müşavirə zamanı bu məsələyə toxunaraq bəzi tapşırıqlar vermişdi. Ölkə başçısı yaşıllıqları məhv edənlərə qarşı cinayət işinin qaldırılması haqda prokurorluq orqanlarına tapşırıq da vermişdi. Həmin il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdu.

Qanunsuz ağac kəsmə olayları bir çox tanınmış şəxslərin də etirazına səbəb olub. Onlar yaşadıqları ərazidə “yaşıl soyqırım”a kəskin etirazlarını bildiriblər.

Yarım ay bundan əvvəl yaşadığı binanın qarşısındakı ağacların kəsilməsinə etiraz politoloq Elxan Şahinoğlu baş prezidentin səsləndirdiyi fikirlərə münasibətini bildirdi: “Prezidentin də müşavirədə dediyi kimi, gecə ikən tikinti mafiyası və onların arxasında dayanan şəxslər oğrular kimi Yasamalın Mirəli Seyidov küçəsində 50 illik ağacları kəsmişdilər. “Qətliam”ın səhərisi günü isə yerində özül qazıb ofis və restoranın bünövrəsini qoymaq istəyirdilər. Qonşularla mübarizə apardıq və “ağac qətliamını” törədən tikinti mafiyasını oradan qovduq.

Bundan sonra şəxsən məni neçə dəfə hədələdilər, gecə ikən qonşumun maşının şüşəsini qırdılar, yanıma adam göndərib mesaj çatdırdılar ki, “nə etsən də ofisimizi tikəcəyik, özünü çox yorma”. Yaşar Heydər oğlu və Kəmalə Əliyevanın adına saxta sənədlər düzəldən ağac qənimləri gözlərini bizim parka, yəni dövlət torpağına dikmişdilər. Onlar qanunun yox, pulun gücünə inanan insanlardır və pulla istədiklərinə nail olacaqlarını zənn edirdilər. Təəssüf ki, bizim məsələdə Yasamal İcra Hakimiyyətinin başçısı sakinlərin yox, ağac terrorçularının tərəfini tutdu. O, doğru danışmayaraq, guya ərazidə heç bir ağac kəsilmədiyini iddia etdi. İcra hakimi bir az daha irəli gedərək, ağacların kəsilməsi hesabına olsa belə həmin yerdə tikinti aparılacağını vurğuladı. Bundan sonra mənə tam aydın oldu ki, ortada gizli sövdələşmə və şəxsi maraqlar var.

Biz sakinlər hər yerə yazdıq, kəsilən ağacların, yandırılan kötüklərin şəkillərini və videolarını göndərdik, məhkəməyə iddia ərizəsi hazırladıq. Nəhayət, dövlət başçısı olaya reaksiya verdi. Prezident İlham Əliyev bu məsələdə mənə və qonşularıma tam arxayın ola bilər. Küçəmizdəki  yerdə qalan ağacları tikinti mafiyasından və Yasamal İcra Hakimindən qorumaq üçün əlimizdən gələni edəcəyik. Yasamalın icra başçısı bir gün vəzifəsini itirə bilər, ağaclarımız isə hələ uzun müddət yaşamalı, insanlara rahatlıq verməlidir”.

Yaranan bu problemlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlərlə maraqlandıq. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bu məsələni daim diqqətdə saxladıqlarını bildirdi: “ Nazirliyimiz ekoloji vəziyyətlə bağlı yaranan problemləri daim diqqətdə saxlayır. Son zamanlar gecə saatlarında ağacların qanunsuz şəkildə kəsilməsi haqqında bizə gələn xəbərlər həqiqətən də artıb. Bu məsələ bizi olduqca narahat edir. Bu cür hallar qanuna zidd hərəkətlərdir. İctimaiyyətin narahatlığı başa düşüləndir. Son zamanlarda ağacların kəsilməsi halları artıb. Buna səbəb də sərbəst ərazilərin mənimsənilməsidir.

Yaşıl ağacların olduğu ərazilərə göz dikməyə başlayıblar. Qanunsuz ağac kəsilən ərazilərdə nazirliyin əməkdaşları qanun çərçivəsində protokol tərtib edirlər. Yəni cərimə qərarı qəbul edilir. Təəssüflər olsun ki, cərimələrin aidiyyatı qurumlar tərəfindən ödənilməsinin təmin edilməməsi işimizə böyük maneələr yaradır. Təqsirkarlar cəzasız qalır. Bu da əslində digər qanunsuzluqlara yol açır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 19 dekabr saylı qərarı ilə meşə fonduna daxil olmayan ağac, kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması haqqında qərar qəbul edilib. Qurumuş ağaclar kəsilir, köçürülməsi mümkün olan ağaclar başqa ərazilərə köçürülür. Başqa ərazilərdə kəsilmiş ağacların yerində yeni ağaclar əkilir. Bizdə nazirlik olaraq, belə əhəmiyyətli layihələr olanda, ağac kəsilməsinə icazə verilirsə , həmin ərazilərdə kəsilən ağacların 10 misli qədər ağac əkilməsinə qərar veririk”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar