Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yanğınla mübarizədə Azərbaycandan çox vacib kömək aldıq”


Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışır, yanğının yaşayış evlərinə keçmək təhlükəsi yoxdur


Azərbaycan və Türkiyə yanğınsöndürənləri-xilasediciləri Samtsxe-Cavaxetiya regionundakı Borjomi-Xaraqauli meşəsində baş vermiş yanğının söndürülməsində Gürcüstan tərəfinə kömək edir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.

"Yanğınla mübarizədə Azərbaycandan çox vacib ilk yardım aldıq. Helikopter bütün günü çalışıb, yanğınsöndürən maşınlar isə yoldadır. Türkiyədən də yardım aldıq. İki helikopter artıq Batumidədir, onlar tezliklə yanğının söndürülməsi üçün əməliyyata başlayacaq. Günün sonuna isə Türkiyədən böyük, iri tutumlu yanğınsöndürən təyyarə gələcək", - G.Kvirikaşvili vurğulayıb.

Bununla yanaşı, Gürcüstan tərəfi yanğının söndürülməsində Rusiyanın yardımından imtina edib. "Rusiya köməyini təklif etdi, amma mövcud dəstək şəraitində onların yardımına ehtiyac duymadıq. Əlimizdə olan texniki və canlı qüvvələrin köməyi ilə yanğının öhdəsindən gələcəyik. Ajiotaj yaratmaq üçün heç bir səbəb yoxdur", - Gürcüstanın baş naziri deyib.

Hökumət başçısı qeyd edib ki, yanğının yaşayış evlərinə keçmək təhlükəsi yoxdur.
Qeyd edək ki, Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-də başlayıb. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışır. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirir. Yanğının söndürülməsində təxminən 400 yanğınsöndürən-xilasedici, 100 meşəbəyi, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin 500 əməkdaşı, Gürcüstan və Azərbaycan aviasiyası iştirak edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar