Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yandeks” və “Uber” müştərək şirkət yaradır


“Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar


Lent.az-ın Rbc.ru saytına istinadən verdiyi məlumata görə, yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə “Yandeks” 59,3 faiz paya malik olacaq.

Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan “UberEATS” də daxil olacaq.

Sazişin şərtlərinə görə, “Uber” və “Yandeks” yeni yaradılan şirkətə müvafiq olaraq 225 milyon və 100 milyon dollar yatıracaqlar. Saziş imzalanan zaman onun dəyəri 3,725 milyard dollar qiymətləndirilir və səhmlərin 59,3 faizi “Yandeks”ə, 36,6 faizi “Uber” şirkətinə, 4,1 faizi isə şirkətinin əməkdaşlarına məxsus olacaq. 

Şirkətə “Yandeks. Taksi” şirkətinin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən dəstəklənib və müvafiq tənzimləyici orqanlar tərəfindən razılaşdırılması qalıb.

Qeyd edək ki, birləşməyə baxmayaraq, hər iki şirkət - həm “Yandeks. Taksi”, həm də “Uber” yenə də müstəqil olaraq çalışacaqlar. Məlumatda deyilir ki, hər iki şirkətin xidmətləri ilə işləyən taksi parkının sürücüləri vahid texnoloji platformaya keçəcək.

Bu arada hər iki şirkətin müştərək müəssisə yaratması ilə bağlı xəbərlər yayıldıqdan sonra Moskva birjasında “Yandeks”in səhmlərinin qiyməti 1950 rubla çatıb ki, bu da öncə keçirilən hərraclardakı qiymətlərdən 19,5 faiz çoxdur. 

NASDAQ birjasında isə bu gün keçirilən hərraclarda “Yandeks” şirkətinin qiymətli kağızları 32,52 dollara çatıb. Bu, daha əvvəlki hərraclarda göstərilən nəticədən 18,99 faiz yüksəkdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar