Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yalan və böhtan Azərbaycan-İsrail münasibətlərin ruhuna ziddir”


"Haaretz" qəzetinin yalan və böhtandan ibarət yazısı Azərbaycan-İsrail münasibətlərin ruhuna ziddir"


İyulun 30-da İsrailin "Haaretz" qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib.

PİA.AZ xəbər verir ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov AZƏRTAC-a bu yazı ilə bağlı münasibət bildirib. 

Prezidentin köməkçisi deyib:

-Təəssüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yaymağı özlərinə peşə hesab edirlər.

İndiyə qədər İsrailin "Haaretz" qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var.

Belə ki, iyul ayının 30-da İsrailin "Haaretz" qəzetində Prezidentin ailəsi barədə bütövlükdə yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunmuşdur. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin turizm naziri Yarev Levinə istinad edilməsidir.

Yazıda göstərilir ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi İsraildə əmlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda, guya Prezidentin kiçik oğlu (fikir verin) bu aylarda İsraildə olub. Amma həqiqət budur ki, Prezidentin oğlu yalnız göstərilən aylarda yox, ümumiyyətlə İsrailə səfər etməyib.

Bu informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların reallıqla heç bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurur və eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin ruhuna da ziddir.

"Haaretz" qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin turizm naziri Yarev Levinə istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İsrail səfirliyi özünün və nazir Yarev Levinin mövqeyini bildirməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar