Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ya İlham Əliyev, ya da Hafiz Hacıyev prezident olacaq” – Partiya sədri


Hafiz Hacıyev: “Müasir Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak edəcək”


“Bizim partiya gözləyirdi ki, hər an növbədənkənar prezident seçkiləri ola bilər”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Bilirik ki, prezident növbədənkənar seçki təyin edib və aprelin 11-də Azərbaycanda prezident seçkiləri günüdür. Bu barədə Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov növbədənkənar prezidenti seçkilərini ı şərh edərkən bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda -  oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu: "Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib.

Hafiz Hacıyev: “Biz sezon partiyalarından deyilik. Bizim partiyamız həmişə seçkilərə hazır vəziyyətdə olur”.


Prezident seçkilərinin növbədənkənar keçirilməsində qəbahət axtarmaq lazım olmadığını qeyd edən partiya sədri əlavə edib ki, regionda, dünyada yaranmış vəziyyəti təhlil edəndə görürük ki, bu addımın atılması vacib idi:

“Birinci onu qeyd edim ki, Müasir Müsavat Partiyasının prezident seçkiləri ilə bağlı qərarı artıq hazırdır. Biz Mərkəzi Seçki Komissiyasının qərarın gözləyirik. Qərardan sonra Partiyamızın Siyasi Şurasının iclası keçiriləcək və qərarımız dəqiqləşəndən sonra sənədlərimizi Mərkəzi Seçki Komissiyasına göndərəcəyik. Onu da qeyd edim ki, əvvəlki seçkidən sonra biz müəyyən nöqsanlarımız təhlil etmişik və o gündən bu günə qədər biz seçkilərə hazırlığı başlamışıq. Biz sezon partiyalarından deyilik. Bizim partiyamız bütün seçkilərə həmişə hazır vəziyyətdə olur. Müasir Müsavat Partiyası növbədənkənar prezident seçkilərində də iştirak edəcək. 

Prezident seçkilərinin növbədənkənar keçirilməsində qəbahət axtarmaq lazım deyil. Ona görə ki, ölkədəki, regiondakı vəziyyət baxımından, həm də Dağlıq Qarabağ məsələsinin həll edilməsində bu çox ciddi amildir. Seçkilərin 3-5 ay əvvələ çəkilməsində elə də fərq ola bilməz. Kimlərsə bundan istifadə etmək istəyir, amma buna ehtiyac yoxdur. Çünki regionda, dünyada yaranmış vəziyyəti təhlil edəndə görürük ki, bu addımın atılması vacib idi. 

Hafiz Hacıyev: “Biz Müasir Müsavat Partiyası olaraq prezident seçkilərinə tam hazırıq. Hətta bizim partiya parlament seçkilərinə də hazırdır”.


O partiyalar narahat olsunlar ki, onlar imza toplaya bilməyəcəklər. Səhərdən axşama orda-burda boşboğazlıq etməklə, saytlarda özlərin rekalm etməklə öz işlərin bitmiş hesab edirlərsə, onlara uğurlar arzu edirəm. Biz Müasir Müsavat Partiyası olaraq prezident seçkilərinə tam hazırıq. Hətta bizim partiya parlament seçkilərinə də hazırdır. Buna görə də prezidentin bu qərarını şübhə altına salmaq məntiqsizdir. Onlar fakt qarşısında qalıblar və acizdirlər. Əgər prezident seçkilərinə partiya hazırdırsa, 5 ay əvvəlin heç bir fərqi yoxdur. 

Prezident seçkilərində də ikimizdən birimiz seçiləcəyik. Yəni ya İlham Əliyev, ya da Hafiz Hacıyev prezident olacaq. Müasir Müsavat Partiyası artıq qüvvələrin hazır vəziyyətə gətirib. Bizim partiya gözləyirdi ki, hər an növbədənkənar prezident seçkiləri ola bilər. Ona görə də partiyamız çox qısa müddətdə səfərbər oldu. Bizim partiyamızın rayon təşkilatları da səfərbər olublar və rayonlardan bizə xəbər gəlir. Biz bir neçə günə imzaları toplayıb təqdim edəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar