Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“YAZI” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb


“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb


Dərginin qurucusu və baş redaktoru Azad Qaradərəlinin Strateq.az-a dediynə görə, “Baş redaktordan” yazısı ilə açılan dərginin “Yazıçıların arxivindən” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuarının davamı,  “Yubiley” bölümündə isə yazıçı Əkrəm Əylislinin 80 illiyi ilə əlaqədar materiallar verilib.

“Poeziya” bölməsində Əjdər Ol, İbrahimxəlil, Qardaşxan, Qismət Məsim, Aydın Dəmirçi, Cabir Albantürk, İltimas Səmimi, Azər Xanlar, Pərvanə Bayramqızının şeirləri, “Nəsr” bölümündə Sirac Mustafayev, Şəhla Nihan, Həmid Piriyev, Xəyyam Nəbiyev, Yalçın Hüseynlinin hekayələri və Usuboğlunun uzun hekayəsi çap olunub.  

“Güneydən səslər”də Məhəmmədəli Məhzunun bir şeiri, habelə Almaniyada yaşayan güneyli yazıçı Fəriba Vəfinin “Tərlan” romanının mükafata layiq görülməsi haqda xəbər, “Çevirmə”də  Şarl Bodler, M.Svetayeva, O.Mandelştam (Xeyrulla Xəyalın tərcüməsində), Turqut Uyarın şeirləri və Xulio Kortasar, Kazio İşiquronun hekayələri,  “Esseistika” bölümündə A.Qaradərəlinin  Qanturalının “Fələk qırmancı” romanı barədə essesi verilib.      

“Yaddaş”da nakam şair Rauf Soltan haqqında yazı və şeirləri, “Satira”da Arif Həkimoğlunun satirik şeirləri, “Ədəbiyyatımızın ayıb yeri” rubrikasında S.Vurğunun H.Cavid haqqında yazdığı “Səadət düşmənlərinə şeiri, “Palirta”da böyük italyan rəssamı Amadeo Modilyaninin yaradıcılığı haqda  məlumat və  rəsmlərindən nümunələr, habelə həvəskar rəssam Natiq Soltanovun əl işləri oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri,  yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar