Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xüsusi qərar çıxarılması hələ cinayət işi başlanması demək deyil”


Vəkildən Eldar Mahmudovla bağlı açıqlama


Məhkəmə tərəfindən xüsusi qərardad çıxarılması və cinayət tərkibilə bağlı prokurorluğa göndərilməsi həmin şəxs barəsində cinayət işi başlanması demək deyil.

Bu barədə Modern.az-a tanınmış vəkil Cavad Cavadov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və prokurorluğa göndərilməsini şərh edərkən deyib.

Vəkilin sözlərinə görə, həmin şəxsin barəsində göstərilən xüsusatlar üzrə araşdırma başalanacaq:

"Araşdırma nəticəsində cinayət işi başlana da bilər, cinayət işi başlanması rədd də oluna bilər”.

C.Cavadov bildirir ki, məhkəmənin çıxardığı qərardad vətəndaş şikayətinə bərabərdir: "Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə uyğun olaraq çıxarılan qərardad vətəndaşın şikayətinə bərabərdir. Qanunla həmin qaydada da araşdırma aparılmalıdır. Ümumi nəzər saldıqda belə şikayətlər prokurorluqda çoxdan var idi. Hazırkı mərhələdə məhkəmənin belə qərar çıxarmasının arxasında nələrin dayandığını demək çox çətindir. Amma bu, cinayət işi açılır, Eldar Mahmudov və Movlan Şıxəliyev həbs olunacaq demək deyil. Bu prokurorluğun qərarından asılı olacaq. Bildiyiniz kimi bu, prokurorluğun müstəsna hüququdur.

Yəni məhkəmənin belə qərar çıxarması şəxslər barəsində mübahisəsiz olaraq cinayət işi başlanacaq və məsuliyyətə cəlb olunacaqlar, anlamına gəlmir.

Qaydalara görə, prokurorluq bir ay müddətində məhkəmənin xüsusi qərarla bağlı müraciətinə cavab verməlidir. Şəxslər barədə cinayət işi açılıb-açılmamasını prokurorluq açıqlayacaq. Bu, prokurorluğun səlahiyyətindədir. Məhkəmənin qərardadına prokurorluq tərəfindən müsbət cavab verilməsə, yuxarı prokurora məlumat verə bilər. Amma indiki şəraitdə prosessual araşdırmaya rəhbərliyi Baş prokuror həyata keçirdiyinə görə, cinayət işi başlanmasa, məhkəmənin təkrar müraciət etmək imkanı qalmayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar