Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzəryanı dövlətlərin su səthinin bölgüsü ilə bağlı saziş imzalanacaq”


“Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb”


“15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq”.

Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. 
 
X. Xələfov deyib kim, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq: "Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub".

X. Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb.

Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.

Qeyd edək ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar