Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzər Lənkəran” Azərbaycan çempionatında çıxışını dayandırdı

Mübariz Mənsimovun rəhbərliyi altında iclas keçirilib


Xəzər Lənkəran” futbol klubunda fəxri prezident Mübariz Mənsimovun başçılığı ilə iclas keçirilib. 

PİA.AZ klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Lənkəran təmsilçisinin fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

Yekunda qərara alınıb ki, “Xəzər Lənkəran” futbol klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.

Əvvəlki illərdə olduğu kimi, klub Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

Qeyd edək ki, "Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasında 2015-2016 mövsümünü 10 komanda arasında sonuncu pillədə başa vurub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar