Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xatirə təhlükəli qadındır...”

“ATV maqazin onlarla”nın "Hit-parad" rubrikasının budəfəki qonağı müğənni Lətifə Soyuöz olub


Axşam.az-ın məlumatına görə, ifaçı şou-biznes nümayəndələrinin mahnılarını sırlayıb, onlara iradlarını bildirib. 

Lətifə onuncu yerə əməkdar artist Miri Yusifin ifasını layiq görüb:

“Bundan əvvəl oxuduğu hitlərə baxanda zəif gəldi. “Ad günü” və “Təyyarə” mahnısını çox bəyənirəm. O partlayışla gələn musiqilərdən sanki indi yoxdur. Desəm ki, bu mahnıya qulaq asaram, yox, asmaram. Bəlkə də özünün də gözləmədiyi pik həddi yaşayır. Bilmirəm nə baş verir, ola bilər ki, bir az rahatlanma var artıq”.

Müğənni həmkarı Günay İbrahimlinin mahnısını bəyənsə də, iradını da bildirib və onu doqquzuncu edib. İfaçı müğənni Elton Hüseynəliyevin mahnısının hit olmadığını deyib:

“Çox gözəl sənətkardır, amma bu gün burada musiqinin hit olub-olmamasından danışırıq. Bu gün “Sən yoxsan” olsaydı, onu birinci edərdi. O musiqi ilə bir yerlərə gedib-gəlmişəm. Bəlkə də qəlb acısı da yaşamışıq. Amma bu mahnı onun yanında bir az zəifdir. Çox toxunmadı. Hit deyil”. 

Lətifə həmkarı Xatirə İslamın ifasını yeddinci yerə layiq görüb:

“Bu mahnı artıq hit olmağa başlayıb. Dinləyəcəyim musiqi, tərzim deyil. Özünü gündəmdə saxlamağı bacaran qadındır, ağıllıdır. Gündəmdən düşmür. Atılan sözlərə cavab verməkdən çəkinmir. Qarşı tərəf üçün təhlükəli bir xanımdır. Xatirə və Günayın mübahisəsində böyük bir yanlış var. Əgər müğənninin yardımçısı zəng vurursa, yalnız yardımçıya zəng vurmalıdır. Günayı çox istəyirəm, amma burada haqsızdır. Sənətçilərin bir-birinə qarşı etikası olmalıdır. Mən bu gün tamamilə Xatirə İslamın tərəfindəyəm”.
Soyuöz xalq artisti Brilliant Dadaşovanın duet şəklində təqdim etdiyi mahnısını təkrar adlandırıb:

“Beşinci yerdə Brilliant xanım. Çox sevdiyim sənətkardır. Elə mahnıları var ki, arxa-arxaya 5-10 dəfə qulaq asıram. Niyə görə beşinci yer? Çünki bu mahnı artıq ifa olunub. Bunu çoxdan eşitmişdim. Hələ Aydın Sani indiki kimi məşhur deyildi. Süleyman Lökbatanlı ilə dueti idi bu. Mən o ifada sevdim. Brilliant xanımın ifasına heç kimin şübhəsi ola bilməz. Amma onlardan eşitmişəm deyə, bir az yad gəlir. O mənə daha yaxındır”.

Lətifə dördüncü yerə Ramil Nabran, Rəhim Rəhimli və Nadir Nəğd Pulun ifa etdiyi mahnını layiq görüb. Sənətçi müğənni Ceyhun Əliyevin yeni mahnısını bəyəndiyini deyib:

“Ceyhun hit yaradan insandır. Onun  hitləri özündən sonra da yaşayacaq. Mahnısı çox xoşuma gəldi. Ona görə də onun hiti “Dünyamın sabahı”nı mən ifa etdim. Bu mahnısını da gələn il oxuyacam. O axırıncı etdiyin nə idi? Dostumun axırıncı hərəkətindən xəbərim var. Sevmədim. Bilirəm acıqlıdır, emosionaldır. Bu gün çox adamın arxada danışdıqlarını Elza xanım çıxdı və onluqda dedi. "Elza Seyidcahan get öz şeirlərinə bax" və başqa sözlər deyirlər. Amma Elza Seyidcahanın “Gözəllik” mahnısını unudurlar. Bunlar ömür boyu yaşayacaq hitlərdir. Mənim aləmimdə Damlanın mahnıları yaşamayacaq”.

Lətifə Əhməd Mustafayevin “Canan” mahnısını isə ikinci pilləyə layiq görüb. Müğənni birinci yeri xalq artisti Aygün Kazımova və Raufun duetinə verib:

“Rəngarəng çıxış oldu. Sözlər, rəqs ifa... Aygün xanım çox dəyişib. Hər zaman gözəl idi, gözəl olmadığı bir anı xatırlaya bilmirəm. Mənə görə yaraşdılar. Aygün xanım pop divadır. Rauf da öz janrında seçilən bir ifaçıdır. Məncə, birinci yer onlara layiqdir”.

Müğənni əməkdar artist Manana Çaparidzenin ifasının hit olmadığını deyib və onu hit-paraddan uzaqlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar