Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xarici siyasətin çevikliyi Azərbaycanı Qafqazın liderinə çevirib”


”Artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb”


APA-nın məlumatına görə, bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz MəmmədovAzərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.
 
O qeyd edib ki, dövlətin xarici siyasətində indi də bu prosesi inkişaf etdirmək mühüm yer tutur: “Ölkəmiz demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Bu, həmin dövlətlərin heç birinin təsiri altına düşmədən Azərbaycanın dövlət maraqlarını təmin etmək şansı verir.
 
Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətin qlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb. Ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar