Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xaricdən həkim dəvət edilməsi azalıb” - Səhiyyə Nazirliyi


“Əcnəbi həkimlərin ölkəmizdə qanunsuz fəaliyyət göstərməsi və xəstəxanaların onları rəsmi icazə olmadan işlətməsi halları 90 %-ə qədər azalıb”


Bunu Lent.az-a  Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
 
E.Əzizov bildirib ki, əvvəllər tibb müəssisələri qanunvericilik tələblərindən bixəbər olduqları üçün xarici həkimləri daha çox dəvət edir və lisenziyasız işlədirdilər: “Səhiyyə Nazirliyi tərəfindən 2013-2014-cü illər ərzində  özəl müəssisələrlə bu istiqamətdə irimiqyaslı görüşlər keçirildi, hər birinə xəbərdarlıq edildi. Qanunun tələbləri izah olunandan sonra tibb müəssisələri həm qəbul edilən işçiləri, həm də artıq işləyənləri də şəhadətnamə almaq üçün Səhiyyə Nazirliyinə göndərmişdilər. Tələblər qoyulduqdan sonra qanunsuz işləyən əcnəbi həkimlər aşkarlanmır. Tibb müəssisələri də artıq bilir ki, qanunun tələblərini pozarlarsa, bu, onların fəaliyyətinə problem yarada bilər, lisenziyaları dayandırıla bilər. Tibb müəssisinə dəfələrlə xəbərdarlıq edildiyi  və xəbərdarlığa əhəmiyyət verilmədiyi halda lisenziya dayandırılır. Bir neçə dəfə bu məsələ ilə bağlı özəl tibb müəssisələrinə xəbərdarlıqlar olub, amma lisenziyalarının dayandırılmasına ehtiyac olmayıb. İndi qanunu pozanlar olmur. Müəssisələr işə götürmədən əvvəl özləri maraqlıdırlar ki, həmin həkimlər əvvəlcə şəhadətnamə alsınlar”.
 
Qurum təmsilçisi deyib ki, xaricdən həkim dəvət edilməsi halları ötən illərlə müqayisədə azalıb: “Əvvəlki illərə baxanda son bir-iki ildə bu rəqəmdə azalma qeydə alınıb. İndi artıq əcnəbi həkimlər dəvətlə gəlirlər. Həm maliyyə məsələləri, həm də yerli  mütəxəssislərimizin sayının artması buna təsir edib. kifayət qədər ixtisaslı həkimlər formalaşır.
 
Əsasən Türkiyə, İran, Avropanın bəzi ölkələri, Polşa, Norveç, İtaliyadan xarici həkimlər dəvət edilir. Dəvət edilən həkimlər sırasında iranlı və türkiyəli həkimlər çoxluq təşkil edir. Hətta xaricdə təhsil alıb orda işləyən yerli mütəxəssislərimiz də bura dəvət olunur”.
 
Əcnəbi həkimlərin reklamı məsələsinə toxunan E.Əzizov deyib ki, əvvəl bununla bağlı normativ tənzimləmə daha ciddi idi: “Səhiyyə Nazirliyindən bunun üçün rəsmi icazə tələb olunurdu. Nəinki xarici həkimlər, hətta yerli klinikaların  reklamı üçün də qanunvericiliklə icazə istənilirdi. Reklam haqqında qanunvericiliyə dəyişiklik olandan sonra bu tələb yığışdırılıb. İcazə Səhiyyə Nazirliyinin səlahiyyətindən alındı. Sadəcə reklam qanunvericiliyinin tələbləri var və reklam hazırlayan şəxs bu tələblərə riayət etməlidir”.  
 
E.Əzizov müalicə üçün düşünmədən xaricə qaçan insanlara da müraciət edib. O qeyd edib ki, insanlar xaricə getməzdən əvvəl götür-qoy etməlidir və yalnız ən çıxılmaz durumda  hansısa başqa bir ölkəyə gedə bilərlər: “ Müalicə üçün xaricə üz tutmaqda hər kəs azaddır.  Adətən insanlar özündə olana tərəddüdlə yanaşır və düşünür ki, başqa yerdədirsə, o daha yaxşıdır. Ancaq görürsən ki, özümüzdə hamısından yaxşıdır. Hər sahədə belədir. Məncə, öz ölkəndə xidmət almaq daha yaxşıdır. Səhiyyəmiz inkişaf edib, yerli ixtisaslı mütəxəssislərimiz də çoxdur. Nisbətdə götürsək, ümumi xəstələnmələrin 10-11 %-nin xarici ölkədə müalicəsi mümkün olur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar