Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xarı bülbül” klipi təqdim olundu - Video


Alim Qasımov və Rübail Əzimovdan möhtəşəm layihə


“AZİRU Music Prodaktion” Beynəlxalq Mətbuat Mərkəzində özünün yeni “Xarı bülbül” layihəsini təqdim edib. Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə ithaf olunan layihənin müəllifi “AZİRU Music”in rəhbəri Rübail Əzimovdur. 

Tədbirdə onun müəllifi olduğu və Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovla birgə ifa etdiyi “Xarı bülbül” mahnısına çəkilmiş klip təqdim olunub. Klipdə xəyali obrazlar kimi, Üzeyir Hacıbəylinin və Xurşud Banu Natavanın düşmənə əsir düşməsi təsfir olunub. Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” filmindən fraqmentlərdən də istifadə olunub. Alim Qasımovun da çəkildiyi klip Azərbaycanın klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb.

Layihənin rəhbəri R.Əzimov bildirib ki, layihədə işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışıblar: “ Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. 

Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Mahnı sırf xalq üslubunda olsa da, aranjeman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Gala Media Group-un çəkdiyi klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Eyni zamanda, çalışmışıq ki,  həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın”. 

Tədbri təşkilatçıları qeyd ediblər ki, bu layihə ilə Azərbaycan mədəniyyətinə kiçik bir tohfə verəcəklərinə ümid edirlər. 

Təqdimat mərasimində tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər. 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar