Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xalq vicdanlı insanlara deyil, yüksək vəzifəli şəxslərə üstünlük verir”

“Mixail Saakaşvilinin Ukrayndada hakimiyyətə gəlməsi ehtimalı yoxdur. Hər halda mən bunu yüksək ehtimal saymıram. Ukrayna Konstitusiyasına görə, Saakaşvilinin bu dövlətin prezidenti və ya deputatı olmaq hüququ yoxdur”


Bu fikirləri Teleqraf.com-a Mixail Saakaşvilinin Ukraynada hakimiyyətə iddialı olmasını şərh edən politoloq Zərdüş Əlizadə deyib.

 Onun sözlərinə görə, Saakaşvili Ukraynada ancaq təyinatlı vəzifə tuta bilər: “Necə ki, zamanında Odessanın qubernatoru vəzifəsini tuturdu, yenədə belə bir təyinatla hansısa vəzifəyə təyin oluna bilər. Əgər müxalifət Poroşenkonu hakimiyyətdən uzaqlaşdıra bilsə, Saakaşvilini ən yaxşı halda baş nazir təyin edə bilərlər. Çünki bu təyinatlı vəzifədir”.

Siyasi şərhçi hesab edir ki, Ukraynada hakimiyyət dəyişikliyi mümkündür: “İkinci Maydan hadisəsindən sonra hakimiyyətə gələn Poroşenko sübut etdi ki, Yanukoviçdən heç nə ilə fərqlənmir. Sadəcə qərbpərəst və avropapərəst boşboğazlığı var. Ancaq əslində ciddi iş görməyib, xalqı qəzəbləndirən korrupsiyaya qarşı mübarizə aparmayıb. Çünki baş korrupsioner onun özüdür. Bu müddətdə Ukrayna xalqı kasıblaşıb, Poroşenko isə varlanıb. Odur ki, Ukraynada Prezident Poroşenkonun reytinqi 10 faizdən yüksək həddə deyil. Ola bilsin ki, müxalifət onu hakimiyyətdən kənarlaşdırsın”.

Bununla belə Zərdüş Əlizadə hesab edir ki, postsovet məkanında xalqların qəribə xüsusiyyəti var: “Xalq əksər hallarda sadə və vicdanlı insanlara deyil, varlı, yüksək vəzifə tutan şəxslərə üstünlük verir. Ona görə də Ukraynada əsas müxalifət liderləri oğru Timoşenko, Sadovoy və digər şəxslərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar