Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xalq Milli Şuranın mitinqini boykot etdi” – Siyavuş Novruzov


“Milli Şuranın mitinqi əvvəlkilərdən fərqlənmirdi. Hər şey eyni idi. Ora toplaşan insanlar Milli Şuradakıların qohum-əqrabaları idi”


Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, Milli Şuranın bu gün keçirdiyi mitinqə münasibət bildirərək qeyd edib ki, bəzi şəxslər aksiyada yersiz çıxışlar ediblər: “Pafoslu çıxışlar edirdilər. Deyilən fikirlər də çeynənmiş, köhnəlmiş idi. Korrupsiya ilə bağlı fikirlər səsləndirirdilər. Korrupsiyaya qurşanan Əli Kərimlinin özüdür. O, xaricə getmək istəyənlərə saxta vəsiqələr düzəldir. Əvəzində də 3-5 min avro pul alır. Mitinqdə çıxış edənlərin dediklərinə əhəmiyyət vermək lazım deyil. Onların mitinqi xalq tərəfindın boykot olundu”.

YAP icra katibinin müavini bildirib ki, Milli Şura rəhbərliyi mitinqdə iştirak edənlərin sayını şişirdir və əsassız məlumatlar yayırlar: “Heç mitinqdə dedikləri qədər insan iştirak etməyib. YAP Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirdi. Kampaniyada mitinqdəkindən çox adam vardı. Xalq onlara inanmır. Xalq bilir ki, hökumət onların problemlərini həll edir. Ölkəmiz inkişaf edir, müstəqil siyasət yürüdür. Xalq öz dövlətinə, prezidentinə arxalanır. Xalq xaricdən maliyyə alan dəstənin arxasınca getməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Ən çox oxunanalar