Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Cənub Qaz Dəhlizi”nin təməlinin atılması ilə bağlı fikirlərini özünün “Twitter” səhifəsində bölüşüb
N. Məmmədov qeyd edib ki, Azərbaycan 20 ildən bir qədər artıq müddətdə 2-ci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı.
“Azərbaycan və Bolqarıstan Prezidentlərinin, bir neçə Baş nazir və nazirin iştirak etdiyi təməlqoyma mərasiminə Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo və ABŞ dövlət katibi Con Kerri də isti təbriklərini göndərdilər. Enerji sahəsində əməkdaşlıq tarixinə “XXI Əsrin Kontraktı” kimi daxil olan bu layihə həm Azərbaycana, həm də iştirakçı dövlətlərə öz töhfəsini verəcəkdir”- deyə N. Məmmədov bildirib.(publika.az)