Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib


Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə edilib


Aşkar edilmiş boşluq ev və ya ofis şəbəkəsinin əhatə zonasında yerləşən hakerlərə “Wi-Fi” şəbəkəsinin parolunu ələ keçirməyə, internet trafiki dinləməyə və şifrlənməmiş rabitə kanalı üzrə ötürülən istənilən informasiyanı ələ keçirməyə imkan verir.

"Azərtac" “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölməsi) məlumat verib. Ekspertlərin sözlərinə görə, “KRACK” hücumu hakerlərə “Wi-Fi” routerinə şifrlənməmiş formada (HTTPS qoşulmasız saytlarda daxil edilmiş kredit kartlarının nömrələri, təhlükəsizlik kameralarından videoaxınlar, login və parollar, həmçinin sadə mətn faylları) ötürülən məlumatları asanlıqla oxumağa imkan verir.

Aşkar edilmiş boşluğun texniki detalları hələ ki açıqlanmır. “US-CERT” təşkilatı noyabrın 1-də “ACM CCS” konfransında ətraflı məlumat verəcəyini bəyan edib. Ancaq bəzi simsiz marşrutlayıcı istehsalçılar artıq təhlükəsizlik paketləri çıxarırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar