Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”


Avstraliya və Niderland 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinə hücuma görə Rusiyanın məsuliyyət daşıdığını rəsmən elan edib


“Interfax” agentliyi xəbər verir ki, Niderlandın xarici işlər naziri Ştef Blok hər iki tərəfin mövqeyinin Niderland hökumətinin bəyanatında əks olunduğunu deyib. “Niderland və Avstraliya qəzanın təhqiqatı üzrə beynəlxalq qrupun nəticələrinə əsaslanaraq MH17-nin vurulduğu “Buk” zenit-raket kompleksinin həmin ərazidə yerləşdirilməsinə görə Rusiyanın məsuliyyət daşıdığına əmindir”, – deyə o bildirib.

BBC telekanalının məlumatına əsasən, Niderland hökuməti Rusiyanı rəsmən məsuliyyətə cəlb etməyə hazırlaşır. Niderland və Avstraliyanın mövqeyi həm Moskvadakı Rusiya rəhbərliyinə, həm də RF-in Kanberra və Haaqadakı səfirlərinə təqdim edilib.

Mayın 24-də beynəlxalq tədqiqatçılar qrupu dörd il əvvəl Donetsk vilayətində mülki “Boeing” təyyarəsinə tərəf buraxılan raketin Kursdakı hərbi bazadan gətirildiyini bildirib.

Xatırladaq ki, Amsterdam (Niderland) – Kuala-Lumpur (Malayziya) МН17 reysini həyata keçirən “Malaysia Airlines” aviakompaniyasına aid “Boeing-777” təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk vilayətinin səmasında vurulmuşdu. İnsident nəticəsində təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olmuşdu. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar