Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vətəndaşlar özləri buna şərait yaradır”


Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı il ərzində vətəndaşlardan daxil olan təxminən 1600-1700 şikayət araşdırılıb


Bunu Lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
 
E. Əzizovun sözlərinə görə, daxil olan şikayətlərin məzmunları da fərqli olub: “ Şikayətlər əsasən  tibb işçilərinin xəstələrlə qeyri-etik  davranışı, tibb sahəsində xidmətin keyfiyyəti, həkimin  pul tələb etməsi halları ilə bağlı olur.  Mənim fikrimcə,  vətəndaşlar özləri buna şərait yaradır. Elə xəstələr olur ki, rəsmi  ödənişli klinikaya gedir, ödəniş edir, hələ üstəlik həkimin cibinə də pul qoyur ki, mənə yaxşı bax. Bizim yanaşmamız hər şeyi korlayır.
 
Ana-uşaq ölümləri bağlı da şikayətlər olur. Təbii ki, səhiyyədə belə halların olması xoşagəlməzdir. Ancaq günahın çoxu qadının özündə olur. Hamiləlik zamanı vaxtlı-vaxtında müayinələrdən keçmir və sonda belə fəsadlar yaşanır.  Səhiyyə Nazirliyi belə xoşagəlməz halların azalması istiqamətində kifayət qədər işlər görür.
 
Ümumiyyətlə, səhiyyə sahəsində şikayətlərin olması qaçılmazdır. Hər birimiz də qəbul edərik ki,  azərbaycanlılar ancaq vəziyyəti daha da pisləşəndən sonra həkimə müraciət edirlər. Xəstə, ağrısı olan hər bir insan da normal düşünə bilmir və hər şeyə fərqli yanaşır, heç nə gözündə olmur. Hərdən olur ki, xəstə və tibb işçisi arasında xırda  bir anlaşılmazlıq yaşanır və məsələ böyüyür. Şikayət araşdırılır və aydın olur ki,  ya həkim düzgün izah edə bilməyib, ya da xəstə düzgün başa düşməyib”.
 
E.Əzizov deyib ki, daxil olan şikayətlər araşdırılır, əsaslı olarsa, həkimlərə qarşı məsuliyyət tədbirləri görülür: “Bəzi şikayətlər əsassız olur. Amma araşdırma zamanı müəyyən olunsa ki, həkim hansısa səhvə yol verib, o zaman qanunvericiliyə uyğun ona qarşı intizam tədbirləri görülür. Həkimə töhmət, şiddətli töhmət verilə, xəbərdarlıq oluna bilər. Hətta işdən azadolma halları da olur. Şikayət araşdırılanda cinayət xarakterli faktlar ortaya çıxarsa, məlumatları Baş Prokurorluğa yönləndiririk”.
 
E.Əzizov qeyd edib ki, artıq Səhiyyə Nazirliyi tərəfindən  “Tibb işçilərinin hüquqi maarifləndirilməsi” layihəsinə start verilib: “Elə hallar olur ki, həkim  çox yaxşı mütəxəssis olsa da, hüquqi cəhətdən o qədər də məlumatlı olmur. Hüquqi savadsızlıq pis nəticələnir. Hər iki tərəfin fərdi düşüncələrindən çıxış etməsi mübahisələrə səbəb olur. Qeyd etdiyim bu layihənin keçirilməsində əsas məqsəd tibb işçilərinə hüquq və vəzifələrini öyrətməkdir. Quba, Xaçmaz, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz rayonlarında artıq bu tədbirlər keçirilib. Ümid edirəm ki, tibb işçilərinə hüquq-vəzifələrini, xəstələrlə davranış qaydalarını öyrətməklə sayəsində yaranan şikayətlərin xeyli sayda azalmasına nail ola biləcəyik.  

Təhlillər göstərir ki, bəzi hallarda  həkim və xəstə arasındakı problem xəstənin də öz hüquq və imtiyazlarını bilməməsindən yaranır. Əhalinin  maaariflənməsi üçün isə kütləvi informasiya vasitələri tərəfindən təbliğat aparıla bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar