Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vergidə korrupsiyanın kökünü kəsəcəyik, heç kimə güzəşt edilməyəcək …” – Mikayıl Cabbarov

“Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib,bu ödəmələrin həcminin ilbəil artırılıb…”


Bu gün Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, ictimayyə nümayəndələrinin, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirir. 

Konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişiklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyıb.

Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmətlərin sayını artıracaq
Vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda çıxışı zamanı bildirib ki,  2018-ci ildə Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. “APA-Economics” xəbər verir ki,nazir deyib: “İlk növbədə Vergilər Nazirliyi “Dövlət büdcəsi haqqında” qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq.
İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq”.

Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək”

Mikayıl Cabbarovun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək: “Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq.

Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq. Burada pul, iqtisadi, monetar siyasət, iqtisadi mübahisələrə ədalətli baxılması və digər əhəmiyyətli təsir göstərən amillər nəzərə alınır”.

Vergilər Nazirliyi yoxlamaların sayını azaldacaq”

Mikayıl Cabbarov bildirib ki, vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq: “Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir”.

“Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib”

Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb. O, Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: “Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. “Çağrı Mərkəzi”, “Bir pəncərə” sisteminin əsası bu nazirlikdə qoyulub”.

Nazir Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamlara da aydınlıq gətirib:“Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla – dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”.

“Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik”

Mikayıl Cabbarovun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır: “Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır”.   .

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

“Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”, deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: “Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

“Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi…”
Konfransda çıxış edənlərdən biri, deputat Ziyad Səmədzadə deyib ki, o dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.
Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: “Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.
Ziyad Səmədzadə deyib ki, hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir. O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: “Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir”.

Milli Məclisin komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: “Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın”.

“ƏDV differensiallaşdırılsın, sadələşdirilmiş vergi ödəyicisi hüququ üçün dövriyyə həddi artırılsın”

Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb: “ “Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib, bunun üzərindən 17 il keçir, dünya dəyişir. Təklif edirəm ki, Vergilər Nazirliyi yeni məcəllə hazırlayıb parlamentə təqdim etsin. Əhalinin Bakıya axınının qarşısını almaq üçün gərək yerli vergilər daha çox yerli qurumlara ödənilsin. Sadələşdirilmiş verginin miqdarı 200 min manatdır, amma artıq manat devalvasiya uğrayıb. Bu məbləğə yenidən baxış keçirilməlidir. Əlavə dəyər vergisi niyə bütün məhsullar üçün 18 faizdir? Avropada elə məhsul var 5, elə məhsul var əlavə dəyər vergisi 30 faizdir. Bu rəqəm də differensiallaşdırılmalıdır”.

“Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki…”
Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

Millət vəkili bildirib ki, Hesablama Palatasının rəyində bununla bağlı nöqsanlar olduğu da göstərilib. “Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. Bundan başqa, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var. Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır. Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər  Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm”-deputat bildirib.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar