Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Venesuelanın neft ixracını kəskin azaltması, hətta hakimiyyət dəyişikliyinə səbəb ola bilər”


Venesuelada neft ixracının kəskin azaldılması ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər


Bu sözləri  qarşıdakı 12 ayda Venesuelada iflas riskinin 70 faizə çatması və reallaşacağı təqdirdə bunun dünya neft bazarına təsiri barədə danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib

Ekspert proqnozlaşdırılan risk qarşılığında Venesuelanın kəskin neft ixracına gedəcəyini düşünmür:

“Bu, ölkə daxilində vəziyyəti daha da gərinləşdirə bilər. Düzdür, Venesuela neft ixracını kəskin azaldarsa, dünya bazarında təklif olunan neftin həcmi aşağı düşəcək və nəticədə neftin qiymətlərində kəskin artımlar qeydə alınacaq. Ancaq bir məsələ var ki, Venesuelanın iqtisadiyyatı neftdən asılıdır və büdcəsi neft hesabına formalaşır. Bu baxımdan da gözlənilən risk qarşılığında Venesuelanın neft ixracını kəskin azaltması birbaşa ölkənin gəlirlərinə mənfi təsir edəcək. Bu isə ölkə üçün gözlənilməz nəticələrə gətirib çıxara, daxildə vəziyyəti daha da gərinləşdirə, hətta hakimiyyət dəyişikliyinə səbəb ola bilər”.

İ.Şaban Venesuelanın təqribən 17 il bundan öncə milliləşən neft sənayesini yenidən xarici şirkətlərin üzünə aça və bu fonda hasilatın arta biləcəyini mümkün sayıb:

“Bu, ölkə daxilində sosial rifahın yaxşılaması üçün yeni bir addım ola bilər. Bir sözlə, iqtisadiyyatı 90 faizi neftdən asılı olan ölkələrin neft bazarından çıxması çox risklidir. Üstəlik, bu kimi hadisələr sıçrayışla baş verə bilər, ancaq stabil deyil. Yəni neft hasil edən ölkələr 5-6 ay neftin ixracını minimuma salsalar və bu fonda dünya bazarında neftin qiyməti qalxsa belə, həmin dövlətlər iki aydan sora yenidən neftlərini bazara çıxarmağa məcbur olacaqlar”.

Qeyd edək ki, “S&P Global Ratings”ə görə, Venesuelanın 3 milyard dollar vəsaiti qalıb və bu, “qırmızı həyəcan” deməkdir. Ölkənin qarşıdakı 12 ayda iflas riski isə 70 faiz qiymətləndirilir. Analitiklərin qənaətinə görə, bu, reallaşacağı təqdirdə dünya bazarında neftin qiyməti 60 faiz artacaq.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar